Yatağına sığmayan Kükü çayı - VİDEO
29-04-2024 [13:58]
Bu günlərdə yolunu Şahbuza, dağların kükrəyən yazı yaşadığı yerlərə salsanız bir həyat hekayəsinin canlı şahidi olarsız. Mənbəyini bənzərsiz təbiət möcüzəsi Gurbulaqdan alıb, üzü güneyə doğru tələsən Kükü çayı ilin bu fəslində yatağına sığmayan bir əda ilə hər gün bir neçə yüz min kubmetr suyu Naxçıvançaya daşımaqdadır.
İlboyu bu vadidəki aran kəndlərini şirin su ilə təmin edən yüz milyon kubmetr tutumlu Heydər Əliyev Su Anbarını dolduran bu çay sözün əsl mənasında bir sərvətdir. Çayın yatağı üzərində formalaşdırdığı qeyri-adi görüntülər isə eko və ekstremal turizm həvəskarları üçün də dəyərli bir cazibə elementidir.
Kükü çayı Naxçıvanın Araza qovuşan beş əsas çayından biri olan Naxçıvançayın ən gursulu qoludur. İlboyu sabit su axımı ilə çayı qidalandıran Gurbulağın hesabına Küküçayı ilin ən quraq dönəmi olan avqustun sonlarında belə daimi olaraq yataq boyunca məskunlaşmış insanların məişət və təsərrüfat ehtiyaclarını ödəyir, çəmənləri, bağ-bağatı bəsləyir. Kükü çayının suyu çox təmizdir. Əvvəllər, indiki kimi kənd evlərinə dağlardakı bulaqlardan çəkilmiş su xətləri olmadığı dövrdə səhərin sübhündə çaydan götürülən göz yaşı kimi duru su ilə içməli su ehtiyacı ödənilirmiş. Çaya qarışan yüzlərlə bulağın suyu isə ona xüsusi dad verir. Yayda Gurbulaq şəlaləsinə doğru səyahətə çıxan turistlər ətrafdakı Qırxbulağın, Şərəf bulağının, Baxşəli dərəsinin şərbət kimi şirin suyunun dadından doymurlar. Burada həftəsonu şəhərdən sərin hava və təmiz su üçün Küküyə gəlmiş qonaqlarla samovar çayı içməyin başqa bir ləzzəti vardır.
Kükü çayı təkcə gur axan bir su hövzəsi olmayıb, bu çay yatağı boyunca yerləşən yaşayış məntəqələrində məskunlaşmış insanların tarixi keçmişi, onların bu yerlərə bağlılığı, ənənəvi təsərrüfatçılığı, sosial həyatı ilə də sıx bağlıdır. Çay öz axarı ilə Kükü kəndini ikiyə bölsə də, əslində, burada yaşayan insaların daimi yurd yeri salmasının əsas səbəblərindən biridir. Keçmişdə, indiki kimi müasir məişət cihazları olmadığı bir dövrdə qışı mülayim, yayı sərin keçən Kükü kəndindəki buz kimi şirin su mənbələri insanların gündəlik rahat yaşayışının əsas səbəbkarı olub. Odur ki, çayın saf suyunun təmiz saxlanılmasına, onun qorunmasına da kənd camaatı həssas yanaşır.
Kükü çayının böyük qolu mənbəyini Qanlıgöl su anbarından götürən eyniadlı çaydır. XIX əsrin ortalarında inşa olunmuş bənd üzərindəki göldə toplanan təxminən 1 milyon kubmetr həcmindəki su ehtiyatı yaxın keçmişə qədər yayın qurağında Naxçıvançay vadisindəki əkin-tikinlərə can verərdi. Ona görə “yaxın keçmiş”də dedik ki, bir neçə il əvvəl gölün bəndi təbii proseslər nəticəsində dağıldığından və indiyə qədər təmir olunmadığından artıq burada yazın qaynar çağında da su toplanmır.
Kükü çayı, onun gur suyu, hövzəsindəki unikal biomüxtəliflik, burada yayılmış dərman bitkiləri ölkəmizin milli sərvətidir. Çay axarı boyunca yeni yaradılan turizm-rekreasiya obyektləri, kotteclər təkcə naxçıvanlıların deyil, ölkəmizin digər yerlərindən də gələn turistlərin sevimli istirahət məkanlarıdır. Qışda, böyük çillədə iki-üç gün ərzində Səfərbəy səngərinə yağan qalın qarlar artıq aprel istisinə dözməyib Kükü çayını daşdıranda bu, Cəhridən Siraba qədər geniş ərazilərdə yaşayan insanlar üçün də əsl toy-bayram olub, ilin sonunda bol məhsula çevriləcək. Beləcə, Kükü çayından Heydər Əilyev Su Anbarına toplanmış 100 milyon kubmetr şirin su zəmilərimizin taxılı, bağlarımızın barı, bağçalarımızın yaraşığı, evlərmizin işığı olub, yatağına sığmayan Kükü çayının çağlayan hekayəsinə dönəcək.
Əli Cabbarov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi