«Kapitalbank»ın filial müdiri məktub yazdı, barəsində deyilənlər təkzib edildi

img

27-06-2014 [21:19]



Müstəqil İnformasiya Agentliyinə məxsus Mia.az saytında 17 iyun 2014- il tarixində «Bank müdiri icra başçısı şöbə müdirini təhdid etdi», 25 iyun 2014- il tarixində isə «Vitse-spiker icra başçısına meydan oxuyan «Kapitalbank»ın filial müdirini nədən xilas edib?» başlıqlı yazılara cavab gəlib.

"Kapitalbank»ın Neftçala filialının müdiri Telman Qorcüzadənin imzası ilə daxil olan rəsmi məktubda bildirilir ki, hər iki xəbər yalan böhtan məlumatlardan ibarətdir.

Mia.az olaraq, filial müdirinin məktubunu olduğu kimi təqdim edirik:

 «Hər iki yazıda göstərilənləri şərəf və ləyaqətimi ləkələyən, işgüzar nüfuzuma xələl gətirən yalan və böhtan xarakterli məlumatlar hesab edərək, aşağıdakıları bildirmək istəyirəm:

- «Kapitalbank» Neftçala rayon filialının müdiri olaraq, Neftçala rayon İH başçısı və Maliyyə şöbəsinin müdiri ilə aramızda heç vaxt bir problem yaranmamışdır. Ümumiyyətlə, adıçəkilən dövlət qurumlarının rəhbərləri ilə aramızda birbaşa tabeçilik münasibətləri də yoxdur.

- Bank Nizamnaməsinə müvafiq olaraq, hər il «Kapitalbank» ASC-nin filiallarında növbəti audit yoxlaması aparılır. Bu yoxlamaların nəticəsi olaraq 2009-cu ildə İbrahim Məmmədov, 2012-ci ildə isə Azad Dadaşov yol verdikləri nöqsanlara görə işdən azad edilmişlər. Bu barədə hər ikisinin izahatları vardır. Audit yoxlanması zamanı aşkarlanan yeyintinin məbləği isə 17000 (on yeddi min) manat yox, daha artıq olmuşdur.

- «Kapitalbank» ASC-nin «Daxili Audit Departamentinin direktoru, cənab Mübariz Əliyev heç vaxt Neftçala rayonunda olmamış burada heç bir yoxlama aparmamışdır.

- Məlumatı internet səhifənizə ötürən şəxs məni müvafiq olaraq 8000(səkkiz min) 3500 (üç min beş yüz) manat rüşvət almaqda ittiham etdiyi halda, əlində belə əsaslı dəlillərlə niyə müvafiq orqanlara müraciət etməyərək, AR Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təsbit edilmiş cinayət əməli törətməsinə aydınlıq gətirməyi nədənsə unutmuşdur?!

- Mən tam əminəm ki, bizim Respublikamızda hər kəs öz bilik bacarığına görə hansısa vəzifəyə təyin edilir. Başqa sözlə, kimin kimlə qohum olmasının məsələyə heç bir dəxi yoxdur. heç vaxt heç bir instansiyada kiminləsə qohum olmağım faktından istifadə edərək, hər hansı bir imtiyaz əldə etməmişəm bu arzuda da olmamışam. Bəlkə bu yalan böhtan məlumatı verən şəxs vaxtsa belə bir görüb?!».

Daha sonra bank müdiri Cinayət Mülki Məcəllənin maddələrinə, həmçinin, «KİV haqqında» qanununa istinad edərək, barəsində yuxarıda qeyd edilən yazıların təkzib edilməsini istəmişdir. Biz qarşı tərəfin fikrinə mövqeyinə hörmətlə yanaşdığımızı bir daha göstərərək, filial müdirinin təkzib məktubunu olduğu kimi dərc etdik.  

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA