Bayden Netanyahu ilə danışdı: "İsrailin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir"

img

29-04-2024 [00:07]


Bu gün ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Netanyahu ilə telefonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb. 

Bildirilib ki, telefon danışığında Baydenin İsrailin təhlükəsizliyinin ABŞ üçün ümdə məsələ olduğunu təkrarlayıb: "Bayden deyib ki, İsrailin təhlükəsizliyi ABŞ-ın təhlükəsizliyidir..."

Məlumata görə, iki ölkə lideri israilli girovların azad olunması, atəşkəs və Refaha hücum planı ətrafında fikir mübadiləsi də aparıblar. 

Bayden Rəfaha hücumla bağlı ABŞ-ın mövqeyini təkrarlayıb, eyni zamanda, bölgəyə  humanitar yardımın artırılmasında irəliləyişin yaradılmasını vacib sayıb.

Xatırladaq ki, Bayden bundna əvvəl bir neçə dəfə Refaha qurudan hücuma qarşı olduğunu bəyan edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 13.05.2024

Sabah yağış yağacaq