Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
27-04-2024 [23:37]
Yüksək akademik biliyə malik olan istedadlı müəllimlərin öz bilik, bacarıqlarını yaradıcı, səmərəli pedaqoji fəalliyyətə çevirməsi üçün onlara stimul vermək, pedaqoji ictimaiyyətə tanıtmaq və təcrübələrini yaymaq məqsədilə “Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim” adlı layihəyəmiz davam edir.
İlkin mərhələdə müəllimlərin öz təşəbbüsü ilə onların fəaliyyətinin öyrənilməsinə önəm verilmişdir.
Tədris prosesində real vəziyyəti olduğu kimi müşahidə etmək üçün əvvəldən ciddi hazırlıq görülməyən, həmişəki qaydada aparılan dərslərin dinlənilməsi əsas götürülür.
Bu dəfə İmişli rayon A. Allahverdiyev adına Qaralar kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cavadzadə Aytən Səməd qızının təşəbbüsü ilə onun dərsini dinlədik.
Aytən Cavadzadə ali təhsil pilləsinin bakalavr və magistratura səviyyələrini bitirib. MİQ, DQ və sertifikasiyada yüksək bal toplayıb. 6 ildir pedaqoji fəaliyyət göstərir. Həmçinin yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilir.
Aytən müəllimin dinlənilən dərsi haqqında qısa məlumat:
VII sinif. Mövzu: Ədatların orfoqrafiyası.
Dərsi dinləmək üçün sinfə daxil olarkən çox gözəl bir aura ilə qarşılaşdıq. Məktəblilər sinfə daxil olan qonaqlara ənənəvi olmayan bir formada, xorla "Xoş gəlmisiniz!" dedikdən sonra maraqlı bir formatda da özlərini təqdim etdilər.
İlk dəqiqələrdən müəllimin peşəkarlığı nitqində, məntiqində, şagirdlərlə ünsiyyətində, xüsusilə səssiz jestləri və baxışlarında çox aydın şəkildə özünü göstərməyə başlamışdı. Sinifdə sağlam psixoloji mühit və müəllim- şagird münasibətləri məmnunluq hissləri yaradırdı. Müəllim və şagirdlərin özlərini sərbəst hiss etməsi diqqət çəkirdi. Bu səmimi və işgüzar mühitdə yüksək elmilik, düzgün seçilmiş tədqiqat sualları ətrafında dərsin gedişi, fikir mübadiləsinin təşkili, müzakirələr, ümumiləşdirilmiş nəticələrin çıxarılması müəllim tərəfindən ustalıqla istiqamətləndirilirdi.
Qoyulmuş tədqiqat sualları: “Mətnin ideyası nədir? Ədatların yazılışında nəyə diqqət edirik?” kimi suallara aydınlıq gətirildikcə şagirdlərin sifətində yaranan sevinc, məmnunluq duyğuları sanki sinfi də nurlandırırdı. Qazanılmış biliyin yaradıcılıqla tətbiq edilməsi müəllimin səmərəli fəaliyyətinin real nəticəsi idi.
Dərsdə ədatların orfoqrafiyasında diqqət yetirilməli olan vacib məsələlərin mükəmməl öyrədilməsi müşahidə edildi. Belə ki, ədatların əksəriyyətinin ayrı yazılması; Sözə bitişik yazılan ədatlar (şəkilçiləşmiş ədatlar); Ədatların tələffüz və yazılışının fərqləndirilməsi kimi məsələlərin şagirdlər tərəfindən yüksək səviyyədə mənimsədilməsi müəllimin peşəkarlığının göstəricisi idi.
Müəllim ədatların yazılışı ilə bağlı məsələləri şagirdlərə anlaşılan, sadə bir formada izah etdi. Bu zaman şagirdləri də mövzunun izahına cəlb edərək onlarda idraki fəallığını təmin etməyə çalışırdı. Biliyi bacarığa çevirmək üçün texniki avadanlıqlar (kompüter və proyektor) vasitəsilə bir neçə tapşırığı görüntü halında təqdim etdi.
Dərsdə əqli hücüm, anlayışın çıxarılması, krossvord və venn diaqramı üsullarından; Fərdi, qrup şəklində iş formalarından; Fərdi və qrup qiymətləndirmədən; əyani vəsaitlər, video və sairələrdən çox peşəkarcasına istifadə edilirdi. Proses işlək bir mexanizm kimi gedir, sanki müəllim heç bir əziyyət çəkmir, daha az müdaxilə ilə istiqamət verir və nəticələri izləyirdi.
Bəli, yüksək bilik və bacarığını nəticəyönümlü, səmərəli fəaliyyətə çevirən müəllimin dərsi iştirakçılar tərəfindən məmnunluqla qarşılandı.
Bu dərsin dinlənilməsinə gənc məktəb direktorları dəvət edilmişdi.
Dərsdə iştirak edirdi: layihənin rəhbəri, İmişli rayon təhsil sektorunun baş məsləhətçisi Vahid Tağıyev, İmişli şəhər 3 nömrəli tam orta məktəbin direktoru Aynur Nağıyeva, Otuziki kənd tam orta məktəbin direktoru Mətanət Ağazadə, Ölcələr kənd tam orta məktəbin direktoru Sahilə Ağazadə, A.Allahverdiyev adına Qaralar kənd tam orta məktəbin direktoru Aysel Cəfərzadə, uzun illər məktəb direktoru işləmiş Bikə Məmmədova və məktəbin digər Azərbaycan dili və ədəbiyyat müəllimi Məhsəti Məmişova.
Sonda dinlənilmiş dərs geniş təhlil və müzakirə edilərək təkliflər verildi. Aytən Cavadzadənin apardığı dərs yüksək qiymətləndirilərək fərq yaratmağı bacaran bir müəllim kimi dəyərləndirilib.
İnnovativ, yaradıcı və səmərəli fəaliyyət göstərən müəllim sorağında layihə davam edir.
Vahid Tağıyev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi