Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-04-2024 [00:12]
Qoç - gərginliyin hiss olunduğu bütün sahələrdə və məkanlarda qayda yaradılması, rahatlığın əldə olunması üçün yaxşı vaxtdır. Hadisələr fəaliyyətinizi aktivləşdirə bilər. Hansısa olayda konkretləşmə istisna deyil.
Münasibətlərdə problem yarana bilər, amma səmimiyyət və açıq danışıq qarşılıqlı anlayışın yeni səviyyəsini təmin edəcək. Etibar və inam isə az sonra bərpa olunacaq. Hadisələrin axarına müdaxilə etməyin, qərar qəbulunda tələsməyin. Olayları dəyərləndirin, təhlil edin. Hər şey göründüyü kimi pis deyil. Sizi maraqlandıran informasiyanın axtarışı ilə məşğul olun. Faydalı, perspektivdə işinizə yaraya biləcək nə isə tapa bilərsiniz.
Buğa - bir qədər dəyişməkdən çəkinməyin. Artıq heç bir mənası qalmamış hisslər və məqamlardan qurtulun. Bu gün heç nəyi dayandırmağa, saxlamağa çalışmayın. Ciddi yeniliklər və dəyişikliklər sizdən yan keçibsə, imici dəyişməyin vaxtı çatıb. Müəyyən məsələyə yenidən baxmağa, müzakirə etməyə ehtiyac duyulur. Addımlarınızı düşünərək atın, situasiyadan mənfəətiniz üçün istifadə edin. Böyük zəhmət və səy bahasına əldə etdiyiniz nəsnə ilə risk etməyin. Şəxsi münasibətlərdə sərinləşmə dövrüdür. Yeni yaşam tapşırıqları fonunda əlaqələrin möhkəmlənməsinə can atın.
Əkizlər - yaşam fonu spontan addımlara, gərgin davranışa səbəb ola bilər. Qəfil reaksiyalar və düşünülməmiş səmimiyyət zamanı deyil. Hansısa mühüm qərarı qəbul edənədək, deyənədək 10-a qədər sayın. İnformasiya arayın, durumu təhlil edin, məsləhətləşin. Yolda və ictimai nəqliyyatda ehtiyatlı olun. Elektron avadanlıqla çalışanda təhlükəsizlik qaydalarına riayət edin. Diqqət mərkəzi yeni mövzu və ya insan ola bilər. İntuitiv gözləntilər doğrulacaq.
Xərçəng - qorxu, addımlarınıza görə narahatlıq və nigaranlıq keçirməyin. Yaxın ətrafınızdakı insanlardan biri kəskin narazılığınıza səbəb ola bilər. Zahiri şərtlər yaşananların ümumi mənzərəsini qəflətən dəyişərək stress yaradacaq. Olayları sakit təhlil edin, problemlərin axarında pressinqə məruz qalmayın.
Hər şeyə bədbin nəzərlərlə baxmayın. Nevroz durum müvəqqətidir: bir neçə gün sonra problemlər avtomatik olaraq çözüləcək. Cari dəyişiklikləri nəzərə alaraq sonra addımlarınızı ciddi şəkildə düşünün, amma fəaliyyətdən imtina etməyin. Əlaqələri sərinlətməyin, münasibətləri kəsməyin.
Şir - maraqlı hadisələr baş verir. Adətən iradə, rasionalizm və stabilliyi qormaq cəhdlərinə söykənən müqavimətiniz bu gün yumşalır. Qəfil xəbərlər və dəyişikliklərin intensivliyi az deyil.
Hadisələrin axarı səlis deyil. Hər şey baş verə bilər. Ümidləriniz puç ola, gümanınız yanıla, arzularınız çiliklənə bilər. Ruhdan düşməyin, qarşıda sizi daha xoş və perspektivli işlər gözləyir. Gərgin gözlənti sonradan tədqiqat, araşdırma prosesinə çevrilə bilər. Yaşamın dadını hiss edin, öz dalğanızı tutun. Heç nəyi gözləməyin, kimsəyə bel bağlamayın. Şəraiti özünüzə tabe etməyə yönəlmiş səyləri davam etdirin.
Qız - maliyyə məsələləri ilə bağlı mövzu və ya məsələ aktivləşəcək. Sizə yad olan insan və ya təşkilatın problemlərinin əks-sədasını hiss edəcəksiniz. Problemin birini həll etsəniz də, az sonra fərqli məkanlarda, çeşidli şərtlərlə yeni problemlər yaranacaq. Alış-verişdə qənaətcil olun. Böyük xərcləri təxirə salın: çox istəsəniz belə, pullarınızı sərf etməyin. Güclü təəssürat, hiss, həyəcan mümkündür. Günün ikinci yarısında dostlar və ya tanışlarla görüş təşkil etmək olar. Maraqlarınızı yeniləyin, axşam saatlarında əylənin, istirahət edin.
Tərəzi - əməkdaşlıq, planların müzakirəsi, məşvərət üçün əlverişli gündür. Səhhətinizin qeydinə qalın. Gün ərzində aktiv çalışın. İşlər çoxdur, tək qalmaq və baş verənləri tənhalıqda düşünmək üçü vaxt, imkan, şərait olmayacaq.
Çoxdan bəri təxirə saldığınız güclü səy, vaxt və zəhmət tələb edən işlə məşğul olun. Birmənalı dövr deyil. İstənilən istiqamətə dönüş istisna deyil, amma situasiya sizin üçün optimal olacaq. Yaxın ətrafınızdakı insanlardan biri yeni ampluada görünmək istəyəcək. Gözlənilməz gəlir, uduş da mümkündür. Kəskin başağrısı belə perspektivləri dəyişəcək hadisələrdən kənarda qalmaq üçün səbəb deyil.
Əqrəb - emosional durumunuz yaxın ətrafınızdakı insanlara da təsir edir. Qəfil mövzu və ya məsələ yaşamınıza müdaxilə edir. Yeni maraq, istək, plan və məqsəd yaranır.
Narahatlıq, təlaş varsa, onun səbəbini anlamağa çalışın. Günün energetikası yeni əlaqələr və təmaslar üçün əlverişlidir. Həmin əlaqələr sizə çoxdan aradığınız cavabları tapmağa, perspektivləri anlamağa qismən yardım edəcək. Çevik, sürətli davranın. Emosiyalara yox, məntiqə əsaslanın. Günün ikinci yarısında özünüzdən "Bu, mənə gərəkdir?" soruşun. Hansısa mühüm məsələ ilə bağlı mövqeyiniz dəyişə bilər.
Oxatan - görüşlər, yeni tanışlıqlar, dəvət aldığınız tədbirlərə qatılmaq xeyirli ola bilər. Yenilik və dəyişiklik vəd edən nə varsa, sərfəlidir. İnformasiya və məlumat əldə etməyin səciyyəvi kanallarını genişləndirin. Dəvət və təkliflərdən imtina etməyin. Yeni problemlər yaratmamaq üçün ehtiyatlı olun. Axşam saatlarını evdə keçirin. İnternetdə informasiya axtarışı və ya ünsiyyət xüsusi, qəfil nəticə və ya təəssürat vəd edir. Qarşılıqlı səmimiyyətə zərurət yaranarsa, sizin üçün önəmli işlərdə və münasibətlərdə köklü dönüş yarana bilər.
Oğlaq - qəfil hisslər yaradacaq hadisələr baş verəcək. Təəccüb, stress, qəzəb istisna deyil. Yeni planlar qurmaq çətin olsa da, sizdən sürətli və orijinal həllər tələb olunur. Sizə təqdim olunan ideyalar və təkliflərə diqqətlə yanaşın. Evdə izafi ehtiyac olmadan təmir işləri aparmayın. Yaxınlarınzın qeydinə qalın, onların qayğısını çəkin.
Valideynlərlə münasibətləri aydınlaşdırmağa çalışmayın, əks təqdirdə səbəbsiz münaqişə yaranacaq.
Gərginlikdən qurtulun.
Dolça - ünsiyyət, danışıqlar, informasiya mübadiləsi, xidmətlər, işlərinizin tanıdılması ön plana çıxmalıdır. Aktiv, mütəhərrik, hərəkətli, ünsiyyət və əlaqələrin işə salınmasını tələb edən gündür. Tənqid və ya mövqelərinizdən fərqli açıqlama ilə qarşılaşanda hirslənməyin, təbdən çıxmayın. Yaxın ətrafınızdakı insanlarla sərt davranmayın. Təmkinli, soyuqqanlı olun. Aktiv istirahət, dostlarla ünsiyyət, gözəl məkanda gəzinti üçün əlverişli vaxt axşam saatlarıdır. Uğurlu yaradıcılıq tapıntıları və həllər istisna deyil.
Balıqlar - birmənalı olmayan, xaotik gündür. Fəaliyyətiniz və əməyinizlə can atdığınız məqsədə çatmaya bilərsiniz. Təmayüllər əlverişlidir. Səhvləri asanlıqla düzəltmək olar. Bəzi ünsürlər və işlərin yeni variantı planlaşdırdığınız situasiyadan belə, uğurlu alına bilər. Yeni heç bir işə başlamayın. Şəxsi münasibətlər müstəvisində tələsməyin. İndi ən mühüm məsələ qarşılıqlı anlaşmadır. Ailə üzvləriniz sizə sürprizlər edəcək. Bilik və bacarıqlarınızı sevdiyiniz, rəğbət bəslədiyiniz insanla bölüşə bilərsiniz.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi