27-06-2014 [18:21]
"MIA" xəbər verir ki, bu barədə Avtosfer.az saytına hadisə şahidləri məlumat verib. Bildirilir ki, iyunun 25-də saat 12-1 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 100 olan göy rəngli «Rols Royce» markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozaraq nəqliyyat vasitəsini aerokassalar olan tərəfdə, Səməd Vurğun bağının kənarında saxlayıb. Sürücüsü isə maşından düşərək uzaqlaşıb. Bu zaman 10 YP 318 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını həmin əraziyə yaxınlaşıb. Yol polisi əməkdaşları həmin avtomobilə yaxınlaşaraq bir müddət sürücünü gözləyiblər. Sürücü geri qayıdıb maşına yaxınlaşarkən yol polislərindən biri ona yaxınlaşaraq salamlaşıb. Polis əməkdaşı burada avtomobil saxlamağın qadağan olunduğunu bildirdikdə sürücü ona kobud cavab verib. «Saxlamışam, yaxşı eləməmişəm. Nə deyirsən?»-deyə, sürücü yol polisinə cavab verib. Hadisə yerinə onlarla vətəndaşın toplandığını görən yol polisi əməkdaşı dərhal hərbi salam verərək özünü təqdim edib və sürücüdən sənədlərini tələb edib. Lakin sürücü yenə də ona ağır tonda cavab verərək sənədləri təqdim etməyib. Sonra isə gənc sürücü yol polisinə «deyəsən, şirinlik istəyirsən» dedikdə, yol polisi əməkdaşı gülümsəməyə başlayıb. Bunu görən sürücü maşına oturub və avtomobildəki kiçik yük yerindən 20 qəpik götürərək yol polisinə uzatmaqla «bu da sənin şirinliyin, al, götür, bayaqdan elə buna görə dayanmısan» deyib. Vəziyyətin qəlizləşdiyini, insanların onlara güldüyünü görən yol polislərindən biri kənara çəkilərək YPX maşınına minib. Sürücüdən sənəd tələb edən yol polisi isə israrla öz tələbini təkrar edib. Bu zaman həmin maşından idmançı cüssəli bir gənc düşərək yol polisini qucaqlayıb kənara çəkib. O, yol polisinə «get otur maşınına, çıx get, görürsən əsəbidir, get burdan» deyərək polisi oradan uzaqlaşdırıb. İnsanların yanında pərt olan yol polisləri dərşal maşına minərək oradan uzaqlaşıblar.
Qeyd edək ki, «Rols Royce» markalı avtomobillərin qiyməti 1 milyon avrodan çoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi