Şəhid ailələrinin “sığorta aksiyası” vədlə bitdi - (Fotolar)

img

27-06-2014 [17:21]


Bu gün 30-a yaxın şəhid ailələrinin üzvləri Prezident Administrasiyasının (PA) qarşısına toplaşıb. Etiraza səbəb isə onlara verilməli olan sığorta ödənişini ala bilməmələridir.

Narazı şəhid ailələri virtualaz.org saytının tədbiri işıqlandıran müxbirinə bildiriblər ki, onlara qanunla ödənilməli olan sığorta haqlarını ala bilmirlər. Şikayətçilər deyir 3 ildən artıq davam edən məhkəmə çəkişmələrindən nəhayət ki, sona çatıb və məhkəmə qərarları qanuni qüvvəsini alıb.

Şəhid ailələri onlara sığorta ödəməli olan Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) məlum qərarları icra etməməsindən şikayətlənir. DSKŞ-dan buna səbəb olaraq isə şəhid ailələrinə deyiblər ki, Milli Məclis Konstitusiya Məhkəməsinin 28 yanvar, 2014-cü il tarixli qərarı ilə nəzərdə tutulan, sığorta ödənişinin verilmə qaydasını və şərtlərinin müəyyən etdikdən sonra qanuni qüvvəsini almış məhkəmə qərarları icra olunacaq.

Şəhid ailələri Azərbaycan Respublikasının adından çıxarılan qətnamələrin icra olunmaması ilə onların haqlarının pozulduğunu deyərək şikayətlərini birbaşa ölkə başçısına çatdırmaq istəyiblər. Onlar şikayətlərinin ölkə başçısına çatdırmağa cəhd ediblər. PA-dan etirazçıların bir neçə nümayəndəsi qəbul otağına çağırılıb. Şəhid ailələrini PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı qəbul edib. Görüş zamanı onlara bildiriblər ki, məhkəmənin çıxardığı qətnamələrin icra olunmasına Ədliyyə Nazirliyi baxır. PA-dan həmçinin bildirilib ki, şəhid ailələrinin iyulun 1-də ədliyyə naziri Fikrət Məmmədovla görüşü təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA