Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
26-04-2024 [09:32]
"Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".
Mia.az xəbər verir ki, bu sözləri Xətai rayonunun sabiq icra başçısı və "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli sosial medai hesabında yazıb.
O, artıq doğulduğu Gürcüstana girişinə olan qadağanın götürüldüyünü yazıb:
"2014-cü ildən mütəmadi olaraq həm Azərbaycanın, həm də Gürcüstanın rəsmi qurumlarına bu ədalətsizliyin aradan qaldırılması xahişi ilə müraciətlər etmişəm.
Sonuncu müraciətim bu ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə oldu. Prezidentin göstərişi ilə əlaqədar qurumlar bu problemin həlli ilə bağlı Gürcüstanın müvafiq qurumları ilə intensiv iş apardılar və mənim Gürcüstan giriş yasağım aradan qalxmış oldu.
Bu işdə Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Gürcüstanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin, DTX sədri Əli Nağıyevin əməyini xüsusi qeyd etmək istəyirəm.
Təbii ki, ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevə 10 illik yurd həsrətimə son qoyduğu üçün xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda Gürcüstanın müvafiq qurumlarına Azərbaycan tərəfinin təklifinə qarşılıq verdiklərini də qeyd etməyi vacib hesab edir və qiymətləndirirəm.
Qeyd etməyi vacib hesab edirəm ki, Gürcüstan mənim üçün çox doğmadır. Əsil-nəslimin, yüz minlərlə soydaşımın məskunlaşdığı vətəndir. Gürcüstanın unitarlığı, güclənməsi, ərazi bütövlüyünün təmini, separatçılardan təmizlənməsi, Azərbaycanla strateji tərəfdaşlığının möhkəmlənməsi ideallarım sırasındadır. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu, strateji tərəfdaşlığı!".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi