Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”

img

26-04-2024 [00:04]


"ABŞ-ın Ukraynaya yeni uzaqmənizlli kompleksi göndərməsi heç nəyi dəyişməyəcək. Əksinə, Ukraynaya problem yaradacaq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri moskvada jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin "Baydenin göstərişi ilə ATACMS kimi tanınan uzaqmənzilli ballistik raketlər gizli şəkildə Kiyevə çatdırılıb" sözlərinə belə şərh verib: "ABŞ və avropalıların hərəkətləri artıq aydın və proqnozlaşdırıla biləndir. Onlar hər hansı bir məsələ haqqında təfərrüatlı danışmağa başlayan kimi, yeni silah tədarükü həyata keçirilir. ABŞ bu məsələdə birbaşa iştirak edir. Ancaq əvvəllər dediyimiz kimi, hansı çeşiddə silah göndərsələr də, xeyri olmayacaq. Rusiya nəzərdə tutulan xüsusi hərbi əməliyyatını uğurla davam etdirərək məqsədinə nail olacağq. Bizim hədəf və məqsədimiz bəllidir və buna da nail olacağıq. Ancaq nə qədər çox silah verilərsə, bu, Ukrayna üçün daha çox problem yaradacaq”.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR