Gömrük Komitəsi Dövlət Dəmiryolları QSC-nın mallarını müsadirə etdi

img

27-06-2014 [15:49]


Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Dövlət Dəmiryolları QSC-yə məxsus qatar vaqonlarında aparılan malları müsadirə edib.

"Qafqazinfo”ya daxil olan məlumata görə, tütün məhsulları (siqaret) müsadirə olunduqdan sonra satışa çıxarılaraq satılıb və pulu dövlət büdcəsinə köçürülüb.

Ümumilikdə 3 iri qutu siqaretin ümumi dəyəri təxminən min manat olub.

Azərbaycan Dövlət Dəmiryolları QSC-dən "Qafqazinfo”ya məlumat təsdiqlənib. Lakin QSC-dən məhsulların Azərbaycan Dövlət Dəmiryollarına adi olmadığı bildirilib: "Biz bilmirik vaqonlara siqaretləri kim qoyub”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA