Premyer Liqada gözlənilməz nəticə: "Everton" "Liverpul"un "qolunu qırdı"

img

25-04-2024 [09:28]


İngiltərəda çempionluq uğrunda mübarizə aparan "Liverpul" ötən axşam səfərdə "Everton"la qarşlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunda gözlənilməz nəticə alınıb.

Belə ki, "Everton" 27-ci dəqiqədə Jarrad Branthvaitenin qolu ilə hesabı açıb - 1:0.

Meydan sahibləri 58-ci dəqiqədə Dominik Kalvert-Lyuinin qolu ilə fərqi ikiyə çatdırıb - 2:0.

"Liverpul" bu qoldan sonra təzyiqi artırsa da, nəticəyə tə\sir edə bilməyib. Beləliklə,  "Liverpul" çempionluq yolunda böyük zərbə alıb.

Günün digər oyununda isə "Mançester Yunayted" öz meydanında "Şeffild Yunayted"i 4:2 hesabı ilə məğlub edib.

Bu nəticə ilə "Liverpul" 77 xalla lider "Arsenal"dan sonra 74 xalla 2-ci yerdə qalıb. İki oyun az keçiriən "Mançester Siti"nin isə 73 xalı var.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR