Tanınmış modelin cəsədi bir il sonra morqdan çıxdı - Ərəblə sevgili imiş...

img

24-04-2024 [15:30]


Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2023-cü ilin aprelindən axtarılan Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.

Məlumata görə, modelin sifət nahiyyəsi və bəızi hissələri çürüyüb: "Üstəlik, onun bədəninin çürüməyən çox yerində qançırlar var...".

Xəbərdə deyilir ki, model ailəsinə maddi dəstək olmaq üçün iki il əvvəl Taylandan Bəhreynə köçüb: "O, həmin ölkədə restoranda işləməklə yanaşı, bloGgerlik edib. Modelin br çox sosİal platformalarda səhifələri olub. 2023-cü ilin aprelində isə qəflətən onunla əlaqə kəsilib. Ailəsi aylarla onu tapmağa çalışıb. Axtarışa Tailand səfirliyi də qarışıb. Nəhayət, onun meyiti morqdan tapılıb. İndisə ailəsi onun cəsədini ölkəsinə gətirmək üçün yetklilərdən dəstək  gözləyir".

Məlumata görə, ekspertiza onun ölümünü yuxarı dozalı içkidən qaynaqlanan nəfəs çatışmazlığı ilə əlaqələndirib. Ailəsi isə modelin ərəb sevgilisini ittiham edirlər.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR