YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
24-04-2024 [12:14]
“Rəsul Quliyev uzun müddətdir ABŞ-da yaşayır. Yaşadığı əksər illərdə Azərbaycan iqtidarının əleyhinə bəyanatlarla çıxış edib, müəyyən problemləri qabardıb və əsassız fikirlər söyləyib. Lakin son illər Azərbaycanın uğurları, müharibədə qazandığı qələbələr, antiterror tədbirləri, eləcə də ölkədə gedən inkişaf Rəsul Quliyev tərəfindən müsbət qiymətləndirilir. O, müəyyən qaydada öz fəaliyyətində müsbət dönüş yaradıb, reallıqları görür, həqiqətləri aşkar deyir. Bu gün iqtidarın yürütdüyü siyasəti dəstəkləyir. Buna görə də, düşünürəm ki, Rəsul Quliyevin Azərbaycana gəlib yenidən aqressiv mövqe tutması mümkün deyil. Çünki müəyyən qaydada Rəsul Quliyev bəzi fikirlərinə, vətənpərvərliyinə görə digər aqressiv müxalifətdən, bir növ Əli Kərimlidən, Gültəkin Hacıbəylidən və başqalarından fərqlənir”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Rəsul Quliyevin real düşüncələri var və bunu ortaya qoymağa qabildir: “İnanmıram ki, Rəsul Quliyev Azərbaycana gələndən sonra aqressiv müxalifətə qoşulsun. Onun öz şəxsiyyəti, fikirləri də buna imkan verə bilməz. Çünki Rəsul Quliyev tamam fərqli adamdır. İstəyərdim ki, hər bir azərbaycanlı bu gün Azərbaycanın uğurlarını dəstəkləyirsə, iqtidarın gördüyü işlərə müsbət qiymət verirsə, əvvəlki fəaliyyətindən asılı olmayaraq respublikaya qayıtsın, ölkəmizin bugünkü həyatında bir siyasətçi, jurnalist, vətəndaş kimi iştirak etsin. Uğurlarımız böyükdür və bu uğurlara hər bir azərbaycanlının dəstək verməsi çox vacibdir. Bu, bizim birliyimizdən, həmrəyliyimizdən asılıdır. Cənab Prezident də çıxışlarında həmişə deyir ki, Azərbaycan xalqı nə qədər bir olsa, vətəndaş həmrəyliyini, birliyimizi nə qədər təmin etsək, o qədər yüksək, mühüm qələbələr əldə edə bilərik. Hər bir insan səhvə yol verə bilər. Baxışlarında, düşüncələrində müəyyən təzadlı fikirlər ola bilər. Bu gün Rəsul Quliyev reallıqları qəbul edirsə, görülən işlərə qiymət verirsə, bu prosesdə iştirak edə bilirsə, qoy gəlsin, uğurlarımıza sevinsin, bugünkü fəaliyyətimizdə iştirak etsin”.
Bəs Rəsul Quliyevin ölkəyə dönüşü üçün hansısa proses varmı? Rəsul Quliyev qayıtmağı arzulayırmı?
Rəsul Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a bildirdi ki, eks-spikerin vətənə qayıdışı üçün hər hansı bir proses yoxdur. “Bəs YAP deputatının dediklərini necə qarşıladınız” sualına A.Şakiroğlu belə cavab verdi: “Hesab edirəm ki, bu, sağlam iqtidar-müxalifət münasibətlərinin bariz göstəricisidir. Ölkədə sağlam siyasi dialoq mühiti mövcuddur. İstər pandemiya zamanı, istər 44 günlük vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə ortaya qoyulmuş doğru siyasətin nəticələridir. Siyasət kaprizi, eqonu, hikkəni sevmir. Siyasəti iti düşüncə elmi də adlandırmaq olar. Heç kimə sirr deyil ki, Rəsul Quliyev YAP-ı yaradanlardan olub. Ümummilli lider Heydər Əliyevin zamanında ən yaxın, ən etibarlı silahdaşlarından olub. Sonrakı siyasi fikir ayrılıqlarının olması da heç şübhəsiz ki, demokratiyanın göstərici əlamətləri olub. Hər halda, bizim üçün YAP-çı deputatın söylədiyi müsbət fikirlər təəccüblü deyil. YAP rəhbərliyinə də bu tip sağlam və ədalətli yanaşmalarına görə təşəkkür düşür”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi