Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
23-04-2024 [17:05]
DİN yanında İctimai Şuranın keçirdiyi tədbirdə QHT-lər təkliflərini dövlət qurumlarına təqdim ediblər
Daxili İşlər Nazirliyi yanında İctimai Şura və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin birgə təşəbbüsü ilə 19 aprel 2024-cü il tarixdə “Kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda İctimai dinləmə keçirilib.
Mia.az xəbər verir ki, ictimai dinləmənin keçirilməsində məqsəd kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndimə sahəsində görülən işlərin dəyərləndirilməsi və bu istiqamətdə fəaliyyətinin mövcud ehtiyaclar və yeni çağırışlara uyğun qurulması üçün fikir mübadiləsinin aparılması, ictimaiyyətin rolunun gücləndirilməsidir.
Tədbirdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri, DİN yanında İctimai Şura üzvləri və QHT təmsilçiləri iştirak ediblər. Ümumlikdə, tədbirə 50 nəfər iştirakçı qatılıb.
DİN yanında İŞ sədri Əliməmməd Nuriyev “Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Ə,Nuriyev kibercinayətkarlıq hallarına qarşı mübarizədə tərəfdaşlıq və əməkdaşlıq modelləri, İctimai Şura və QHT-lərin əhalinin maarifləndirilməsində rolu, eyni zamanda dövlət qurumlarından bu sahədə gözləntilərlə bağlı fikirlərini səsləndirib və təkliflər irəli sürüb.
DİN nümayəndəsi, polis mayoru Abbas Rüstəmzadə Nazirlik tərəfindən kibercinayətkarlıq hallarına qarşı mübarizə sahəsində görülən işlər haqqında ətraflı məruzə ilə çıxış edib. DİN nümayəndəsi QHT-lərdən gözləntilər və birgə əməkdaşlıq imkanları haqqında öz fikiləri ilə bölüşüb və sualları cavablandırıb.
Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri qanunvericliyin təkmilləşdirilməsi, əhalinin məlumatlandırılması, qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər irəli sürüblər.
QHT nümayəndələrindən Mehriban Zeynalova, Osman Gündüz, Samir Həsənov, Hafiz Həsənov, Eynulla Xeyrullayev, Məshəti Hüseynova, Büllur Məmmədova və digərləri rəy və təklifləri ilə bölüşüblər.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, ictimai dinləmədə aparılan müzakirələr və sələnmiş təkliflər bir daha göstərib ki, əməkdaşlığın gücləndirilməsi üçün səylər artırılmalıdır.
Ə.Nuriyev bildirib ki, təkliflər sistemləşdiriləcək və İctimai Şura adından müvafiq dövlət orqanlarına təqdim ediləcək.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi