Məleykə Abbaszadə magistrlərdən narazılıq etdi

img

27-06-2014 [12:26]


İyunun 8-dən başlayaraq keçirilən buraxılış imatahanlarında karta və arayışa baxmaqla nəticələrinə baxış keçirən abituriyentlərin statistikası açıqlanıb.

AzVision.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. İyunun 8-də arayışa 90%, karta isə 46% abituryent baxıb. İyunun 13-də arayışa 88%, karta 25% abituryent baxıb. İyunun 18-də arayışa baxanlar 85%, karta baxanlar isə 27% olub. İyunun 24-də 59% abituryent arayışa, 20% abituryent isə karta baxış keçirib. 

Ümumilikdə 197 min 400 nəfər imtahanda iştirak edib. Onlardan 159 min 329 nəfər, yəni 82% abituryent arayışa baxıb, 61 min 617 nəfər yəni, 32% abituryent karta baxıb. 

TQDK sədri həmçinin qeyd edib ki, ali məktəblərin magistratura pilləsinə qəbul olan bakalavrların çoxu hələ qeydiyyatdan keçməyib.

O vurğulayıb ki, Bakı Dövlət Universitetinə 630 magistr qəbul olunsa da onlardan yalnız 5-i qeydiyyatdan keçib: "Bu rəqəm heç 1% demək deyil. Texniki Universitetə isə 200 magistr qəbul olunub, amma onlardan yalnız 12 nəfər qeydiyyatdan keçib”.

M.Abbaszadə vurğulayıb magistratura pilləsinə qəbul olunan bakalavrların qeydiyyatı üçün iyulun 5-ə qədər vaxt var. Bundan sonra boş qalan plan yerləri üçün yenidən müsabiqə elan olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA