Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
23-04-2024 [10:25]
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır.
İddia olunur ki, keçmiş rektor həmin ərazidə onu məhkəməyə verən Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edib. Həmin torpaq sahəsi Abel Məhərrəmovun həyat yoldaşı Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Məlumata görə, ərazidə Abel Məhərrəmovun villası var.
Qaynarinfo məsələ ilə bağlı keçmiş rektorla əlaqə saxlaya bilməyib. Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov isə bizmlə söhbətində məlumatı təsdiqləyib.
Məlum olub ki, Nazim Əmirov Qarabağ qazisidir. 30 il hərbi xidmət keçib. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır. O, 2011-ci ildə Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb.
"Torpağın çıxarış daxil bütün sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, Abel Məhərrəmov mənim torpağımı zəbt edib. Ekspertiza rəy verib ki, torpaq mənə məxsusdur. Amma buna baxmayaraq, Abel Məhərrəmov torpağımdan çıxmaq istəmir. Bu baxımdan, onu məhkəməyə vermişəm. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Sənəd-sübutlara baxmayaraq məhkəmə iddiamı təmin etməyib. Mən də apellyasiya şikayəti vermişəm", deyə Nazim Əmirov bildirib.
Polkovnik-leytenant torpaq sahəsinin Abel Məhərrəmovun həyat yoldaşının adına rəsmiləşdirildiyini təsdiqləyib:
"Bəli, torpaq onun xanımın adına rəsmiləşdirilib. Bunu mən sonradan bilmişəm. Mən məhkəməyə meraciət edəndə Abel Məhərrəmovun vəkili bildirdi ki, onun adına həmin ərazidə torpaq yoxdur. Sonradan araşdırdım məlum oldu ki, torpaq onun xanımının adınadır. Fərqi nədir ki? Nəticədə mənim torpağım zəbt olunub".
Nazim Əmirov Abel Məhərrəmov və xanımı ilə yanaşı Tağıyev İlqar Nizami oğlu ilə Tağıyev Nizami Haqverdi oğlu adlı şəxsləri məhkəməyə verməsinə də aydınlıq gətirib:
"Mənə məxsus torpaq sahəsini bir tərəfdən Abel Məhərrəmov, digər tərəfdən isə Nizami Tağıyev zəbt edib. Bu baxımdan, onu da məhkəməyə vermişəm. Nizami Tağıyev dünyasını dəyişdiyinə görə onu hüquq varisi kimi oğlu İlqar Tağıyev əvəz edir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi