Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar

img

23-04-2024 [00:39]


Polşada NATO-nun təlimlərində 43 yaşlı ispan hərbçisi həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İspaniya Quru Qoşunları Komandanlığ başsağlığı mesajı yayıb.

Bildirilibki, Quru Qoşunları Komandanlığının hərbçisi təlimdə güllə yarasından ölüb: "43 yaşlı B.G.P.A taktiki məşq zamanı güllə ilə vurulub. Hərbçimizin ölümündən dərindən sarsıldıq. Onun ailəsinə və komandanlığına dərin hüznlə başsağlığı veririk..."

İspaniyanın baş naziri Pedro Sançes hərbçinin həılka olması barədə paylaşım edib: "Bu gün Polşada NATO təlimi zamanı  həlak olan ispan əsgərin ailəsinə və bütün dostlarına, Quru Qoşunları Komandanlığınaə və Ceutadakı bölmədə xidmət edən bütün əsgərlərə dərin hüznlə başsağlığı verirəm".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR