Ərdoğanın İraqa səfərində İranla bağlı mühüm detal – İmzalanacaq 30 sazişdə nələr var? (TƏHLİL)
22-04-2024 [15:27]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 il sonra İraqa gedir. Səfər zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.
Ən mühüm razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə səylərə aid olacağı ehtimal edilir.
PKK-ya qarşı Ankara-Bağdad-Ərbil birliyi
Ümumiyyətlə Ankara Bağdad və Ərbillə bir müddətdir ciddi danışıqlar aparırdı. Danışıqların əsasını isə İraq Kürdüstanında terrorla mübarizə üzrə birgə Əməliyyat Mərkəzinin strukturu və fəaliyyət göstərməsi, İraqın şimalında 30-40 km dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Hakurk, Metina, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması təşkil edirdi. Mümkündür ki, bugünkü görüşdə müzakirə edilən bu məsələlərə dair konkret sazişlər imzalanacaq.
Prinsip etibarilə Türkiyə son illərdə həm İraqda, həm də Suriyada apardığı antiterror əməliyyatları ilə PKK-ya, habelə PYD, YPG-ya qarşı ciddi zərbə vurub. PKK bu əməliyyatlar sonrası hələ də özünə gələ bilməyib.
Ankara vəziyyətdən istifadə edib İraqda PKK-nı tam bitirmək istəyir. Bu istiqamətdə Ərbil və Bağdad ilə ortaq hərəkət etməsi isə keçiriləcək yeni əməliyyatların effektivliyini artıracaq.
İranla bağlı gizli maddə
İsrail-İran gərginliyi bütövlükdə Yaxın Şərqi təhlükəyə atır. Bu həm də region ölkələrinin təhlükəsizliyi baxımından ciddi problemdir. Ankara regional və geosiyasi maraqları çərçivəsində prosesin böyüməsini istəmir. Mümkündür ki, imzalanacaq 30-a yaxın sazişin içərisində İranla bağlı məqam da var.
Rəsmi Tehranın İraqda proksi qüvvələri var. Tehran İraq ərazisini Suriya, Yəmən, Fələstin və Livandakı proksi qüvvələrinə silah və digər yardımlar üçün istifadə edir. Xüsusilə İraqdan Suriyaya külli-miqdarda silah-sursat göndərilir. Bu silahlar daha sonra Hizbullaha, HƏMAS-a çatdırılır.
Türkiyə hazırda həm İsrail-İran müharibəsindən, həm də Qəzzadakı məsələdən narahatdır. Prinsip etibarilə Ankara Qəzza məsələsinin sülh yolu ilə həllində maraqlı olsa da hazırkı gərginliyin İran tərəfindən başladığını bilir. Mümkündür ki, Ankara İraqla, İrana məxsus silahların Suriyaya, ordan da digər proksilərə göndərilməsinin qarşısını almaq üçün gizli saziş imzalasın.
İğdır-Naxçıvan qaz kəməri
Türkiyə ilə İraq arasında imzalanması ehtimal edilən 30 sazişin hamısı siyasi, hərbi sahəyə aid deyil. İqtisadi, enerji sahəsinə aid sazişlərin imzalanması da mümkündür.
Türkiyə Avropaya qaz nəqlinə əsas ötürücü ölkədir və bunu inkişaf etdirmək istəyir. Rəsmi Ankara Bakı ilə TANAP layihəsini icra edib. Bu layihə ilə bu gün Azərbaycan Avropa bazarına mavi qaz nəql edir, Ankara isə əsas daşıyıcı ölkə kimi çıxış edir.
Keçən ilin 25 sentyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması sonrası icra ediləcək yeni layihə gələcəkdə bu layihə ilə birlikdə Türkiyəyə uzanacaq. Yəni Türkiyə ərazisindən ikinci TANAP bənzəri bir layihə icra ediləcək.
Türkiyə bu layihənin daha effektiv olması üçün İraqla və Kürdüstanla danışıqlar aparır. Yəni İraq Kürdüstanın qazı gələcəkdə İğdır-Naxçıvan qaz kəmərinə birləşməsi hədəflənir. Bu reallaşarsa Ankara Avropanın mavi qaz təchizatında ciddi paya sahib ola bilər. Prinsip etibarilə rəsmi Bakının da son illərdə Ərbil, Bağdad ilə yaxınlaşması bu ortaq məqsəd ilə bağlıdır.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi