Hərbi məktəbdə müəllim, "Neftçi"də "kassir" və... - Emin Əmrullayev daha bir maraqlı təyinata imza atıb

img

22-04-2024 [12:28]


Elm və Təhsil Nazirliyində daha bir diqqətçəkən təyinat olub.

Mia.az xəbər verir ki, nazir Emin Əmrullayevin əmri ilə İlqar Bayreamlı nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin olunub.

Bəs, yeni müdir kimdir?

Məlumata görə ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. İlqar Bayramlı Azərbaycan Ali Hərbi Məktəbində müəllim, baş müəllim, “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini, direktor vəzifələrində fəaliyyət göstərib. Bir müddət “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda “Azqranata” MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində də işləyib.

2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR