27-06-2014 [11:25]
Mia.az-a daxil olan məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov «Aqrolizinq» ASC-nib tabeliyində olan rayon şöbələrinə paralel olaraq, bu il buğda səpini və biçini ilə məşğul olmuş istehsalçıların rayonlar üzrə monitorinqini sürətləndirməyə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirin tapşırığı ilə yerlərdə aparılan monitorinqin bir neçə səbəbi var. Ən əsası isə rayon icra başçılarının yerli icra nümayəndələrindən və bələdiyyə sədrlərindən ibarət komissiyalarının saxta rəqəmlər hesabına kənd təsərrüfatı məhsullarının inkişafı məqsədiylə ayrılan yardımların mənimsənilməsinə yönəlik faktların aşkarlanması ilə yanaşı, həm də taxıl istehsalı ilə bağlı nəzərdə tutulmuş proqnoza nə dərəcə əməl olunacağını bəribaşdan öyrənməkdədir: «Respublika Komissiyasına 58 rayon (şəhər) komissiyasından 01 dekabr 2013-cü il tarixinə daxil olan istehsalçıların siyahıları və onlara hər hektar buğda səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən əlavə 40 manat yardım haqqında məlumatdan görünür ki, guya bir milyon hektardan çox buğda səpini aparılıb. Əlbəttə, 01 dekabr 2013-cü il tarixli siyahıya istinad edən nazirliyin müvafiq şöbələri də istehsal ediləcək taxılla bağlı təxmini proqnozlarını açıqlayıblar. İndisə bəlli olub ki, bu rəqəmlərin ciddi şəkildə şişirdilməsi üzə çıxmağa başlayıb. Yəni proqnozlarda gözlənildiyi kimi, Azərbaycanda buğda istehsalının olmayacağı yəqinləşib. Bu vəziyyətin yaranmasında isə birbaşa icra başçıları və onların yerli icra nümayəndələridir. Təsəvvür edin ki, 1 dekabr 2013-cü il tarixinə buğda səpini aparmış istehsalçıların siyahısını araşdırarkən elə dəhşətli faktlar ortaya çıxır ki, nazirliyin prokurorluğa müraciət etməkdən başqa yolu qalmır».
Mia.az-a verilən məlumata görə, 58 rayon üzrə ayrılmış yardımların ən azı 30 faiz yardımın mənimsənilməsi şübhə doğurmur: «Sizə iki rayon üzrə fakt təqdim edəcəyəm. Birincisi Zərdab rayonu haqqında. Bu rayonda ümumilikdə 3654 buğda istehsalçısı qeydiyyata alınmaqla, guya 9249,26 hektar buğda səpini aparılıb. Bu rəqəmə uyğun isə 369 min 970 manat 40 qəpik vəsait həmin rayona yönəldilib. Lakin ilkin araşdırma zamanı bəlli olub ki, əsasən rayon İcra Hakimiyyətinə, kənd ərazi icra nümayəndəsinə və bələdiyyə sədrlərinə yaxın olanlar, hətta onların ailə üzvlərinin adına saxta yolla yardım yazıblar. Elə icra nümayəndəsi olub ki, 72 yaşlı anasının adına 75 sot buğda səpini aparması haqda saxta buğda zəmisi yazmaqdan da nə utanıb, nə də çəkinib. Bundan əlavə, Zərdab şəhər ərazi dairəsi üzrə guya 111 nəfər 204 hektar buğda səpini aparıb. Nəticədə 8160 manat vəsait yazılıb. Əlbəttə, Zərdab şəhərinin özündə bu qədər əkin sahəsinin olması şübhəlidir. Yəqin şəhər ərazi nümayəndəsi bunu rayona bitişik yeni kəndin ərazisi hesabına sənədləşməyə daxil eləyib. Hər halda bu faktın özü də araşdırılası mövzudur. Hazırda həmin rayonda 28 kənd üzrə buğda əkini ilə bağlı təftiş planlanıb. O zaman aydın olacaq ki, həmin rayona ayrılmış 369.970 min manat vəsaitin dəqiq neçə faizi mənimsənilib».
Mia.az-a verilən məlumata görə, mənimsənilən vəsaitlərdə icra başçısı Lütfəli Babayev başda olmaqla, 28 kənd üzrə icra nümayəndələrinin rolu təkzibedilməzdir.
Mia.az xəbər verir ki, bir sıra rayonlarda olduğu kimi, Cəlilabad rayonunda da buğda səpini ilə bağlı ayrılmış subsidiyaların mənimsənilməsi haqda ciddi şübhələr var. Bu rayona da ayrılmış subsidiya ilə bağlı bütün sənədlər Mia.az-a təqdim olunub. Hazırda Zərdab rayonu ilə yanaşı, Cəlilabad rayonunda buğda istehsalçılarının sayının, onların adına yazılmış hektarların şişirdilməsi ilə bağlı əlimizdə olan bütün siyahılarla bağlı araşdırmalarımız davam edir. Hələlik Cəlilabad haqqında onu deyə bilərik ki, Əziz Əzizovun başçılıq etdiyi rayon üzrə 2 (iki) milyon manatdan çox yardım silinib: «Kəndbəkənd həmin siyahıları sizə təqdim edirəm. Burada ən azı 30 kənd üzrə biabırçı faktlar var. Jurnalist kimi Siz də araşdırmanızı apara bilərsiniz».
Mia.az-a verilən bu məlumat və sənədlərlə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi