KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Təhlil
21-04-2024 [18:01]
Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – internet televiziyasının fəaliyyətə başlaması barədə məlumat verildi.
Məlumatda deyildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV-də əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq, sosial yeniliklər, islahatlar, sosial hüquqlar və s. barədə məlumatlar çatdırılacaq. Sosial məsələlərlə bağlı suallar da nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq.
Təbii ki, əhalinin maarifləndirilməsi və xeyli sayda jurnalist həmkarımızın işlə təmin olunması baxımından müsbət layihə kimi qəbul oluna bilər. Ancaq o halda ki, söhbət normal, effektiv, şəffaf və necə deyərlər, “əhaliyə canı yanan” bir nazirlikdən gedərsə (əgər ümumiyyətlə, Azərbaycanda belə birisi varsa-C.M.). Yəni, necə deyərlər, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”…
Təəssüf ki, indiyə qədərki mənzərə göz önünə alınanda, nədənsə yeni televiziya layihəsinin əhalidən çox nazirliyin və nazirin maraqlarına, piarına xidmət edəcəyinə dair şübhələr yaranır. Ümumiyyətlə, son zamanlar sözügedən nazirliyin və şəxsən nazir Sahil Babayevin mətbuatda reklamı xeyli artıb. Xüsusilə də ölkənin ən tanınan rusdilli saytlarından biri mütəmadi olaraq, az qala hər gün nazirliyin bu və ya digər tədbirləri, xüsusilə də S.Babayevin fəaliyyəti, görüşləri, səfərləri barədə məlumatlar yayır. Adətən bu məlumatlar müsbət mesajlar və təriflərlə “bəzədilir”. Hansı ki, əvvəllər nə sözügedən nazirlik, nə də nazirlə bağlı bu tendensiya müşahidə olunmurdu.

S.Babayevin hazırda hansı səbəblərdən bu cür reklama ehtiyacının yarandığını demək çətindir. Bu, onun hakimiyyət daxilindəki mövqeyinin, vəzifəsinin itirilməsi təhlükəsindən tutmuş daha yüksək posta iddialara qədər müxtəlif səbəblərlə bağlı ola bilər. Ümumiyyətlə, indiki hökumətdə özünü reklam etdirmək istəyən nazirlər və digər yüksək vəzifəlilər az deyil, amma indiyə qədər bunun üçün televiziya yaradanına rast gəlməmişik…
Lakin bizi düşündürən daha çox nazirin şəxsi karyera məsələləri yox, belə bir televiziyanın – bahalı bir layihənin, bu nazirliyin nəyinə, harasına yaraşmasıdır. Söhbət əhalinin sosial təminat sarıdan zəif, kasıb təbəqəsinin, əlillərin, qazilərin və s. ən çox şikayət etdiyi, fəaliyyətindən narazı qaldığı nazirlikdən gedir.
Maraqlıdır ki, bu nazirlik və onun obyektləri, şirkətləri və s. olan yüksək gəlirli vəzifə sahibləri yaşa görə 220 manat müavinət, 240 manat pensiya alan vətəndaşa həmin televiziyadan nəyi və hansı üzlə deyəcək, izah edəcək? Öz missiyasının, vəzifəsinin fəlsəfəsini anlamayan, anlamaq istəməyən, ona görə də dövlətin əhalinin kasıb təbəqəsinə, əlillərə, pensiyaçılara verdiyi vəsaitin artırılması yox, kəsilməsi, “qənaət edilməsi” ilə fəxr edən bir nazirliyin və onun başında duran şəxsin bu “qara camaata” xitab etməyə sözü və buna mənəvi haqqı varmı?
Bəlkə xırda və mənasız bəhanələrlə süründürməçiliyə məruz qoyulan, nəticədə əlillik müavinəti aylarla, illərlə, ya da birdəfəlik kəsilən əlil vətəndaşa deyəcək nələrisə var?
Bəlkə kənd camaatına min əzab-zillətdən, süründürməçilikdən və “qara-qura” alış-verişdən sonra verdikləri sınıq-salxaq mal-qaranı, qoyun-quzunu göstərəcəklər?
Görəsən, “uşaq pulu”nun verilməsinin ən qızğın əleyhdarlarından olan nazir Babayev kirayələrdə yaşayan, fəhləlik edib övladına od bahasına uşaq yeməyi alan və kasbçılıq ucbatından ailəsi hər an dağılmaq təhlükəsilə üz-üzə qalan azərbaycanlı gəncə özünün və hökumətin “uşaq pulu inadkarlığını” necə izah edəcək həmin televiziyadan?
Yeri gəlmişkən, S.Babayev “uşaq pulu” verilməməsini onunla izah etmişdi ki, “ölkədə demoqrafik vəziyyət yaxşıdır və əhalinin artımının stimullaşdırılmasına ehtiyac yoxdur”. Yəni, əhaliyə hər uşağa görə 100 manat versələr, millət artıb-törəyə bilər, bu isə nazirin dediyinə görə, dövlətə, hökumətə lazım deyil. Doğrudanmı belədir?
Axı, heç bir dövlət, o cümlədən Azərbaycan dövləti bu cür düşünə bilməz və sözsüz ki, düşünmür də! Belə olan halda, millətə, xalqa qarşı belə bir aşağılayıcı zehniyyətin, düşüncənin sahibinin indiyə qədər nazir postunda qalmasının özü bir möcüzədir və yəqin ki, nazir Babayev yaratdığı yeni televiziyada bu möcüzənin də sirrini açıqlayacaq…
Yeri gəlmişkən, son statistikaya görə, Azərbaycanda kişilərin 48 faizi pensiya yaşına çatmamış dünyasını dəyişir. Ancaq yəqin ki, bu statistika Azərbaycandakı demoqrafik durumla bağlı “özünəməxsus mövqeyi” olan nazir Babayevi qətiyyən kədərləndirmir…
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi