Partiya lideri erkən seçki istəmir: "Bu, seçicilərə əhdimizi pozmaq deməkdir"

img

22-04-2024 [10:01]


31 mart bələdiyyə seçkilərində səs faizinə və qazanılan bələdiyyə sayına görə lider olan CHP növbədənkənar seçkiyə hazırlaşmaq niyyətində deyil.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə CHP lideri Özgür Özəl açıqlama verib.

O, 31 mart seçkilərindən erkən seçki müzakirələrini qəbuledilməz sayıb: "Bizmm erkən seçki tələbimiz yoxdur. Belə bir tələb üzrə də hazırlığımız yoxdur. Biz əsas qazandığımız səslərin daimiliyini təmin etməliyik. Əslində, erkən seçki çağırışı seçicilərlə əhdimizi pozmaq deməkdir".

Partiya sədri bildirib ki, CHP üzvlərinin sədr olduğu bələdiyyələrin daimi monitorinqi aparılacaq: "Harada axsaqlıq varsa, onu üzə deyəcək və aadan qaldıracağıq. Biz seçicilərimizə verdiyimniz bütün vədləri tutmaqda hökmlüyük...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR