6 yeni qanun qəbul olunacaq - Milli Məclis

img

27-06-2014 [10:19]


Sabah Azərbaycan Milli Məclisində 6 yeni qanun müzakirəyə çıxarılacaq.


Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, sabahki iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.

1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə);

2. Azərbaycan Respublikasının Əlcəzair Demokratik Respublikasında Əlcəzair şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sənəd;

3. Azərbaycan Respublikası hökuməti ilə Fransa Respublikası hökuməti arasında "Bakı- fransız liseyinin yaradılması və fəaliyyəti haqqında" sazişin təsdiq edilməsi;

4. Azərbaycan Respbulikasının Şəhərsalma və tikinti Məcəlləsində dəyişiklik;

5. "Xaçmaz rayonunun Niyəzoba kəndinin Niyəzabab kəndi adlandırılması haqqında" qanun layihəsi;

6. "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi; 

Qeyd edək ki, bu gün sessiyadan sonra Milli Məclis tətilə çıxacaq.

AzVision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA