Elmar Vəliyev zabit və əsgərlərlə bir arada - FOTOLAR

img

26-06-2014 [23:34]


Bu gün Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi münasibətilə "N” saylı hərbi hissədə təntənəli tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İcra Hakimiyyətinin məsul işçiləri, yüksək rütbəli zabitlər və əsgərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, zabit və əsgərləri bayram münasibətilə təbrik edib, doğma Vətənə şərəfli xidmətlərində uğrular arzulayıb. Qeyd edib ki, bu bayram bütün Azərbaycan xalqının bayramıdır. Güclü ordu müstəqil və suveren dövlətimizin möhkəm dayağıdır: "Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, müstəqil dövlətin güclü ordusu olmalıdır. Orduda aparılan islahatlar döyüş və mənəvi – psixoloji hazırlığın yüksəlməsinə şərait yaradıb. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda regionda böyük gərginlik var, hər gün atəşkəs pozulur. Bu da ordumuzun əhəmiyyətini, onun daha da güclənməsinin vacibliyini təsdiqləyir. Bu gün Azərbaycan xalqı, zabit və əsgərlərimiz, hər birimiz ərazi bütövlüyümüzü bərpa etmək, düşmən işğalı altında olan torpaqlarımızı azad etmək üçün qələbə arzusu, qələbə əzmi ilə yaşayırıq".

Hərbi hissənin komandiri çıxışında Azərbaycanın güclü ordu ənənələrinin olduğunu, Azərbaycan ordusunun nizam-intizamına, təhsilinə, təchizatına görə öndə olduğunu, orduya ayrılan vəsaitin ildən-ilə artdığını, ordunun bü gün ən müasir texnika, silahlarla təmin edildiyini, hərbi çağırış, sosial təminat və digər məsələlərlə bağlı qanunların mütəmadi olaraq, təkmilləşdirildiyini diqqətə catdırıb. Orduya, hərbi kadrlara, əsgər və zabitlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə ürəkdən təşəkkürünü bildirib. Gəncə şəhər rəhbərliyinin xeyirxah təşəbbüsünə və dəstəyinə görə minnətdarlıq duyğularını ifadə edib.

Daha sonra Vətənə şərəfli xidmətində xüsusi ilə fərqlənən hərbiçilərə Fəxri fərman və hədiyyələr verilib. Tədbirin sonunda Gəncə Dövlət Filarmoniyasının və "Göygöl” Dövlət mahnı və rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA