Azərbaycanda doğuş zamanı daha bir ana öldü

img

26-06-2014 [20:46]


Zaqatala rayonunda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.


"MİA”nın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini Durmuşova İlahə Nəzir qızı qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, bu, ananın birinci doğuşudur.

İ. Durmuşovanın ölümünün səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA