Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanı keçirilib

img

14-04-2024 [15:20]


Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib.

Mia.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, imtahan Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 107 nəzarətçi, 10 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR