İranın İsrailə qısa çəkən qisas hücumu: plan nə idi? – 8 amil (TƏHLİL)
14-04-2024 [14:02]
İran günlərdir anonsunu verdiyi “Qisas” əməliyyatını keçirdi. Belə ki, Tehran gecə saatlarından etibarən dronlarla İsrail ərazisinə hücum etdi. PUA hücumu üç dalğa halında bir neçə saat davam edib. Paralel olaraq İsrailin hava hücumundan müdafiə sistemlərinə də kiberhücumlar olub.
Bununla belə, Tehranın anonsunu verdiyi “Qisas” qısa çəkdi. İranın BMT-dəki nümayəndəliyi məsələnin yekunlaşdığını açıqlayıb.
Əslində, İranın İsrailə müharibə elan etməsi, total savaşa girməsi gözlənilmirdi:
Birincisi, İran ordusu İraqla müharibədən bəri total müharibə görməyib. Ordu istər təcrübə, istər iaşə, istərsə də strateji olaraq buna hazır deyil. İran ordusu müdafiə müharibəsində şərtsiz üstün ola bilər, lakin hücum xarakterli müharibələrdə elə də güclü deyil.
İkincisi, İran iqtisadiyyatı nəinki İsrail, heç bir ölkə ilə uzun müddət müharibə aparmağa yetərli deyil. Uzunmüddətli müharibə İran iqtisadiyyatını çökdürə bilər.
Üçüncüsü, İranın İsrailə total müharibə elan etməsi Təl-Əvivin maraqlarına cavab verir. Belə ki, İsrail bundan istifadə edib, İranın nüvə obyektlərinə, habelə neft-qaz rezervlərinə hücumlar həyata keçirə bilər.
Dördüncüsü, belə bir müharibə İsrailin İran əleyhinə arzuladığı beynəlxalq koalisiyanı formalaşdırmasına gətirib çıxaracaq. Bu isə İranın uzun illərdir çəkindiyi ssenaridir.
Beşincisi, İsrail uzun illərdir İrandakı etnik azlıqlarla işləyir. Yəni İranın İsraillə müharibə etməsi halında bəluclar, ərəblər, kürdlər, güneylilər ayağa qalxa bilər.
İran bunları yaxşı bildiyindən İsrail ilə uzunmüddətli müharibəyə girməyi gözə almaz. Bununla belə, rəsmi Tehran İsrailə hücum etməli idi. Belə ki, Tehran Dəməşqdəki insidentdən sonra artan ictimai və beynəlxalq təzyiqi yatırtmaq üçün təqdimatı böyük, icrası risksiz hücum təşkil etdi. Yəni bu, sadəcə, şou idi.
Bunu bir neçə sadə məqamla izah etmək olar:
Birincisi, İranın BMT-dəki nümayəndəliyi bildirib ki, “BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi hərbi əməliyyat sionist rejimin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab idi”.
Göründüyü kimi, Tehran hücumun səbəbini izah edir və BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsini əsas gətirir. Bu, İranın əslində genişmiqyaslı müharibə etməyəcəyinin sübutudur. Bundan başqa, rejim ehtimal müdaxilə və koalisiya risklərini bu yolla blokladı.
İkincisi, dron hücumları birbaşa İrandan edilsə də, raket hücumları İraq, Suriya və Livandan edildi. Yəni İran özü yenə ciddi nə isə etmədi, əsas işi proksiləri gördü.
Üçüncüsü, Ağ Ev məlum hücumla bağlı yaydığı məlumatda qeyd edib ki, İranın İsrailə hücumu, çox güman, bir neçə saat davam edəcək. Yəni İran hücumdan əvvəl ABŞ-la məsləhətləşib.
Nəticə: İran günlərdir sosial şəbəkələr vasitəsilə anonsunu verdiyi “Qisas”ını tamamladı. Mümkündür ki, qarşıdakı günlərdə bənzər insidentlər yenidən yaşansın, amma bunlar irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi