Bayden Netanyahuya "təpindi", belə cavab aldı: "Anladım..."

img

15-04-2024 [00:20]


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahuya "barmaq silkələyib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” media orqanı yazıb.

Ağ Evdəki yüksək səviyyəli mənbələrə istinadən yazılan yazıda bildirilib ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahuya ilə İranın hücumu ilə bağlı telefon danışığında ona "təpinib": "Bayden Netanyahuya İrana bir daha hücum etməmələri barədə konkret xəbərdarlıq edib. O, vəziyyəti daha da gərginləşdirməmək üçün İrana qəti cavab zərbəsi qaytarmamağı tələb edib. Bayden Netanyahuya çox açıq şəkildə "Əgər İrana təkrar hücum etsəniz, biz yoxuq. Sən qələbə qazandın. Bunu qeyd elə. Amma daha başqa radikal addıma əsla ehtiyac yoxdur..." deyib. Netanyahu isə bu tələbə "anladım" deyə cavab verib".

Yazıda o da qeyd olunub ki, Bayden Netanyahuya İrana qarşı siyasi təxyiqləri artıracaqları vədini verib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR