Pakistanın Bəlucistan əyalətində gərginlik artır

img

15-04-2024 [18:13]


Pakistanın Bəlucistan əyalətində gərginlik artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir neçə gün əvvəl Bəlucistan əyalətində silahlı dəstələr avtobusu magistral yolda saxlayıb.

Məlumata görə, quldurlar avtobusda olan 8 sərnişini qaçırıblar: "Həmin qaçırılan sərnişinlərin cəsədləri növbəti günü əyalətdəki körpülərdən birinin altında tapılıb".

Xəbərdə deyilir ki, hadisə yerində bu gün isə daha iki nəfər qaçırılaraq öldürülüb: "Artıq bölgədə anoloji hadisələrin sayı artmağa başlayıb. Bu isə təkcə yerli rəhbərliyi deyil, ölkə rəhbərliyini də narahat etməyə başlayıb. Baş nazir Şahbaz Şərif baş verənləri terror hadisəsi sayıb və təhlükəsizlik qüvvələrinə qəti tədbirlər görməyi tapşırıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR