ABŞ İranın həmləsinə hazırlaşır - Daha bir hərbi gəmi İsrail limanına yönləndirilib

img

14-04-2024 [00:17]


ABŞ-ın hər cür modern silahlarla və müdafiə sistemlərinə malik daha bir döyüş gəmisini İsraili qorumaq üçün yönləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin Kanal 14  televiziyası məlumat yayımlayıb. 

Bildirilib ki, Pentaqon bu gəmini İrandan gözənilən mümkün raket hücumu ilə bağlı İsrailin limanına yaxın bölgəyə göndərib: "Həmin gəmi artıq Aralıq dənizində lövbət salıb. Və bu gəmi də İsrailə yönələcək istənilən raketi havada nəinki zərərsizləşdirəcək, eyni zamanda cavab zərbəsi endirmək funksiyasını yerinə yetirəcək. Bəli, İsrail İranın birbaşa hücumuna hər vasitə ilə hazırlıq görürür".

Ağ Evin rəsmisi Con Kirbi də faktı təsdiqəyib: “Biz İrandan gələn potensial təhlükənin hələ də real olduğuna inanırıq. Bizim məqsədimiz, eyni zamanda, İsraillin mövcud imkanlarını öyrənmək və onların ehtiyacı olan bütün müdafiə qabiliyyətinin güclülüyünə əmin olmaqdı".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR