Hərbi qulluqçular və mülki işçilərə fəxri adlar verildi - SİYAHI

img

25-06-2014 [21:19]


İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycan Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: 

"Xalq artisti”

 Qəniyev Heydər Anatollu oğlu – gizir 

"Əməkdar incəsənət xadimi”

 Kərimov Anar Elman oğlu – polkovnik-leytenant
 Axundzadə Rüfət Yusif oğlu – mayor

 "Əməkdar artist” 

Hacıyev Rafiq Cəlil oğlu – mayor 

"Əməkdar həkim” Həsənov Qurban Qeybqulu oğlu – tibb xidməti polkovniki 

"Əməkdar müəllim” 

Abbasov Abbas Fətulla oğlu 

Bağırova Təyibə İbrahim qızı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA