Sərdar Cəlaloğlu ADP-yə verilən yeni ofisdən danışdı: "Bizə keçmiş "Lider"in binasında yer veriblər, o da darlıq edir"
09-04-2024 [13:09]
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib.
Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar. Partiyanın sədri Sərdar Cəlaloğlu bu barədə saytımıza danışıb.
O bildirib ki, onlara keçmiş “Lider” telekanalının binasında 100 kvadrat metrlik yer verilib və bu, partiyanın tələbatını ödəmir: "1991-ci ildə partiyamız "Hürriyət" qəzeti ilə eyni binada yerləşirdi. 1995-cı ildə partiya qeydiyyatı ləğv olunduğuna görə ofisin kirayə götürmək səlahiyyəti yox idi. "Hürriyət"in ofisi kimi fəaliyyət göstərdik. 2000-ci ildə partiya təkrar qeydiyyata alınanda biz yenidən ofislə bağlı müraciət etdik.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, "Hürriyət"in ofisində müğvəqqəti yerləşərə bilərik. Bu günə kimi oradayıq. Rəsmi şəkildə partiyanın öz ofisi yox idi. Ona görə də xidmətə müraciət etdik. Və bizə keçmiş “Lider” telekanalının binasında 100 kvadratmetrlik yer verdilər.
O yer təbii ki, partiyanın yerləşməsi üçün tələbata cavab vermir. Ona görə də razılığa gəldik ki, strukturun bir hissəsini, məsələn seçkili orqanları orada, cari orqanları isə "Hurriyətin" binasında yerləşdirək. Hazırda mövcud olduğumuz binada zalının ölçüsü 400 kvadrat metrdir. Hamılıqla yeni ofisə sığmarıq".
Partiya sədri bildirib ki, daha böyük ofislə bağlı xidmətə müraciət etməyəcək: "Əlavə müraciət etməyəcəyik. Doğrudur, bu bölünmə işimizə yaxşı təsir göstərməyəcək. Ancaq deyirlər ki, hökumətin çox yer vermək imkanı yoxdur. Müraciət etsək belə, verəcəyi yer bu qədər olacaq"(AzVision.az)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi