Allahşükür Paşazadə şiə-sünni parçalanması yaradanlara xəbərdarlıq edib

img

25-06-2014 [17:31]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Ramazan ayında dini ayinlərin icrasından istifadə edərək parçalanma yaratmaq istəyənlərə ciddi xəbərdarlıq edib.

Allahşükür Paşazadə bu gün dindarlarla keçirilən görüşdə bildirib ki, Ramazan ayında sünni və şiələr eyni vaxtda iftar açacaq, sünni və şiə məscidlərində azanlar eyni vaxtda veriləcək, moizələr eyni qaydada oxunacaq.


Şeyx bundan sui-istifadə edib qarışıqlıq yaratmaq istəyənlərə xəbərdarlıq edərək bildirib ki, hər şey QMİ-nin nəzarətindədir: "Biz bu məsələləri həm şiə, həm də sünni alimləri ilə məsləhətləşmişik. Ramazan ayının İslam dinində həssas aylardan olduğunu nəzərə alaraq, dini ayinlərdən istifadə edib parçalanma yaradanlara imkan verməməliyik. Hər şey İslamın buyurduğu qaydada olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA