Şamil Quliyev – 70: Şərəfli ömür yolu
08-04-2024 [17:24]
Şamil Oruc oğlu Quliyev bu il bir yaş daha qocalır. Qocalıq həm də ucalıqdır. Özünəməxsus gözəl xasiyyəti, ətrafındakılara olan isti münasibəti, insanlarla tez ünsiyyət qurması, yaşından asılı olmayaraq hamıya hörmətlə münasibət bəsləməsi Şamilin ağsaqqallığından xəbər verir.
O, çox uzaqgörən ziyalıdır. Dostluqda sədaqət yaxşı əməl sayılır. Mehriban ailə başçısı, səmimi dost ömrünün müdriklik çağını yaşayan Hacı Şamil xalq arasında böyük hörmət və nüfuza malikdir. Onun xeyirxah əməlləri çoxdur. Belə xeyirxah insanlar haqqında yazmaq, onun həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmaq nümunəvi və savab işlərdən sayılır.
Şamil Quliyev hələ orta məktəb illərində oxuyan zaman polis olmaq, asayişin keşiyində durmaq arzusunda olub. İllər keçdikdən sonra onun polis olmaq arzusu gerçəkləşdi. Ömür yolu enişli–yoxuşlu olsa da, asayişimizin keşiyində durduğu illərdə heç vaxt çətinliklərdən qorxmamışdır. Əlbəttə, insanın mühiti, irsiyyət faktoru, aldığı tərbiyə kredosu nə qədər önəmli olsa da, özünün şəxsi istəyi, əməyi olmadan heç bir kəs uca zirvələrə nail ola bilməz.Başqa insanlardan fərqlənən bir cəhəti də özünəməxsus gözəl xasiyyətidir. Sevdiklərimizlə bir araya gəlmək və gözəl bir atmosfer yaratmaq təkcə bugün yox hər gün üçün gözəldir. Şamilin keçdiyi həyat yoluna nəzər salanda həmin illər bir daha gözlərimizin önündə canlanır. Gəlin yubilyarın həyat yoluna nəzər salaq.
Dövrünün tanınmış ağsaqqalarından olan Oruc kişinin ailəsində dünyaya göz açmışdır. Orta təhsilli olan Oruc kişi 56 illik ömrünün 40 ilini sürücülük peşəsində keçirmişdir. Halal və zəhmətkeş insan olmuşdur. Evinə haram tikə gətirməyib. Evdar qadın olan həyat yoldaşı Tahirə xanımla 6 oğul 1 qız böyüdüb boya başa çatdırmışlar.
Oğlanlarından üçü daxili işlər orqanlarında xidmət keçib. Ailənin ilk oğlu İbrahim Quliyev Moskvada SSRİ Ali milis məktəbini bitirmiş 1978-1993-cü illərdə Gəncə, Quba, Yevlax, Yardımlı və Astara şəhərlərinin polis rəisi olmuşdur. Ehtiyatda olan polkovnik, I Qarabag müharibəsi veteranı, hüquq elmləri doktoru, professor, Respublikanın əməkdar müəllimidir.
İkinci oğul Nizami Quliyev Dövlət Yol Polisində tağım komandiri vəzifəsinə qədər yüksəlmiş, 2008-ci ildə mayor rütbəsində təqaüdə çıxmışdır. 2017-ci ildə vəfat etmişdir. Şamil ailənin üçüncü övladıdır.
18 aprel 1954–cü ildə Lənkəran rayonunun Port–İliç (indiki Liman) şəhərində sadə zəhmətkeş ailədə dünyaya göz açmışdır. 1972–ci ildə Liman şəhər 1 saylı orta məktəbi bitirib. Elə həmin il Sumqayıt Politexnik Texnikumunun “Yol hərəkətinin təşkili” ixtisasına qəbul olmuşdur. 1972–1974–cü illərdə Bakı şəhərində orduda qulluq etmişdir. 1975–ci ildə Daxili İşlər Orqanlarında işə qəbul olur və Baş Dövlət Yol Polisi alayının Quba şəhərində yerləşən tağımına milis nəfəri kimi təyinat alır. Xidməti bacaracağı nəzərə alınaraq təyinatla Rusiyanın İjevsk şəhərində xüsusi milis məktəbinə kursa göndərilir. 1979–cu ildə Astara daxili işlər şöbəsində bir il işlədikdən sonra 1980–cı ildən Lənkəran Daxili İşlər Şöbəsinin Dövlət Yol Polisi bölməsində xidmətə başlayır.
Bir neçə il Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Göytəpə şəhərində yerləşən 11–ci tağımında dövlət avtomobil müfəttişi çalışır. 1983–cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtonəqliyyat” fakultəsinin qiyabi şöbəsinə qəbul olur. 1989–cu ildə təhsilini başa vurduqdan sonra polis leytenantı rütbəsi alır.
Lənkəran ŞRPŞ–nın DYP bölməsində müfəttiş, rəis müavini, rəis əvəzi 1993–cü ildən DİN–nin Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran şəhərində yerləşən 5 saylı rayonlararası qeydiyyat imtahan bölməsində axtarış üzrə rəis müavini təyin edilir və təqaüdə çıxana qədər bu vəzifədə çalışır. Şamil Quliyev torpaq qeyrəti çəkən, Vətən sevgisi ilə yaşayan polis işçisi, xalqın mərd və cəsur oğludur.
O, torpaqlarımızı qorumaq üçün 1988–ci ildən başlayaraq dəfələrlə cəbhə bölgələrində ezamiyyətdə olub. Şuşa, Xankəndi, Laçın, Qubadlı rayonlarının müdafiəsində yaxından iştirak edib. Sonuncu dəfə polis yoldaşları ilə 7 gün köməksiz vəziyyətdə mühasirədə qalıblar. Düşmən qarşısında əyilməyən bu cəsurlar ağır döyüşə girərək düşmən mühasirəsini yarmışlar. Qala dərəsindən keçərkən onlara mərhum cəsur jurnalist Salatın Əsgərovanın şəhid olduğu yeri də göstərmişlər. Şamil I Qarabağ müharibəsi veteranıdır.
Cəsur polis əməkdaşı haqqında DİN–nin mətbu orqanı olan “Mübariz keşikdə” qazetində göstərdiyi rəşadətə görə təşəkkür elan edilmişdir. 35 il daxili işlər orqanlarında qüsursuz xidmət etdikdən sonra 2010–cu ilin mayın 10–da kapitan rütbəsində ehtiyata buraxılmışdır.
Asayişimizin keşiyində şərəflə və vicdanla xidmət etdiyi illərdə dəfələrlə Daxili İşlər Nazirinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Fəxri Fərmanları ilə təltif edilmişdir. 1–ci, 2–ci, 3–cü və usta dərəcələrinə layiq görülmüşdür.
Şamil Quliyev 2008–ci ildə Azərbaycan Polisinin yaranmasının 90 illiyi münasibətilə Daxili İşlər naziri, general–polkovnik Ramil Usubov tərəfindən DİN–nin 10 il qüsursuz xidmətə görə medalı, 65 illik yubileyində Lənkəran Ağsaqqallar Şurası və Respublika Veteranlar təşkilatı tərəfindən General Həzi Aslanov yubiley medalı ilə təltif edilmişdir.
Şamil Quliyev 1996–cı ildə 42 yaşında olarkən Məşhəd, Kərbəla və Müqəddəs Həcc ziyarətlərində olub. Hacı Şamilin hərəkətində, davranışında, əməlində işıqlıq, doğma yurda, el–obaya bağlılıq var. Atası Oruc kişinin anası Tahirə xanımın adını nəcib və xeyirxah işləri ilə ucaldır. Əliaçıq, yetim qarnı doyuran Allah bəndəsi, zəngin və mənəvi dəyərlərə malik nəslin ləyaqətli övladıdır. Hazırda Hacı Şamil 3 övlad atası və 9 nəvə babasıdır. Həyat yoldaşı Təranə müəllimə Quliyeva Lənkəran şəhər 1 saylı tam orta məktəbdə müəllimə işləyir.
Oğlu Cəmil Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində elmi katibdir. Tarix üzrə fəlsəfə doktorudur. Qızları Nuranə və Rəvanə evdar qadındır.
Anadan olmasının 70 illik yubileyi münasibətilə I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan dövlət qulluqçusu, polis kapitanı Şamil Oruc oğlu Quliyevi ürəkdən təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı arzulayırıq.
Sübhan Talıblı,
tarix üzrə fəlsəfə doktoru, dosent
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi