Azərbaycan Dövlət Pedaqoji Kollecində “ Məzun 2014 “ buraxılış tədbiri

img

25-06-2014 [16:55]



24 iyun 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində "Məzun-2014” buraxılış tədbiri keçirilib. Tədbirdə kollecin direktoru professor N.M.Əliyeva, valideynlər, məzunlar və digər çıxış edənlər məzunları təbrik edərək , onlara əmək fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyətinin, və ictimaiyyətin nümayəndələri, məktəbin fəxri məzunları, valideynlər də iştirak edib. Kolleci 2014-cü ildə "İbtidai sinif müəllimliyi”, "Ailə və ev təhsili”, "İnformatika müəllimliyi”, "Fiziki tərbiyə müəllimliyi”, "Texnologiya müəllimliyi”, "Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə bitirən məzunlardan bir qrupu təhsildəki müvəffəqiyyətlərinə və ictimai işdə fəallıqlarına görə fəxri fərmanla təltif ediliblər. Tələbələrin ifasında bədii hissə iştirakçılar tərəfindən maraqla dinlənilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA