Yazıçılara verilən 9 evdən 8-i satılıb

img

25-06-2014 [16:23]


Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə verilən 9 mənzilin 8-i satılıb. Bu barədə AzNews.az-a açıqlamasında Yazıçılar Birliyinin mənzil komissiyasının sədri Rauf Aslanov deyib. Onun sözlərinə görə, satılmayan o bir mənzilin də yaxın günlərdə sahibi tapılacaq:"8 mənzilin hər biri satıldı. Təkcə biri qalıb, onun da hazırda müzakirəsi gedir. Çox güman ki, yaxın günlərdə o da satılacaq”.

R.Aslanov onu da bildirib ki, satılan mənzillərin hər biri Yazıçılar Birliyinin üzvləri arasında bölüşdürülür: "Satılan mənzilləri üzvlərimiz öz arasında həll edirlər”.

Xatırladaq ki, yazıçılara 9 mənzilli ev "Abidə” MTK tərəfindən verilib. Yazıçılar həmin evi satışa çıxarsalar da sözügedən şirkət onlara mane olub. Yalnız məsələyə Yazıçılar Birliyinin sədri Anar Rzayev qarışandan sonra şirkət həmin mənzillərin satılmasına maneçilik törətməyəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA