Zakir Həsənovu təbrik etdilər

img

25-06-2014 [16:16]



Azərbaycan Respublikası müdafi naziri Zakir Həsənov, Azərbaycan ordusunun zabit heyəti və əsgərləri!

Sizləri 26 iyun Ordu günü münasibəti ilə təbrik edirik.

Biz 20 yanvar şəhidlərinin ailə üzvləri, 20 yanvar əlilləri hər zaman Azərbaycan ordusunun gücünə inanmışıq və inanmaqda davam edirik. Ali Baş Komandanımız İlham Əliyev cənabları dəfələrlə bəyan edib ki, Azərbaycan ordusu regionda ən güclü ordulardan biridir və hər gündə gücünü artırmaqdadır. Son aylar isə ordu sistemində daha ciddi islahatlara start verilib və peşəkar ordu quruculuğu sürətlə davam etdirilir. Bu münasibətlə və ordu günü ilə bağlı hər birinizi təbrik edir və özlərimizidə ordunun bir parçası hesab edərək hər zaman Ali Baş Komandanımızın əmrinə hazırıq.

Dərin hörmətlə 20 Yanvar Fondunun sədri Şövqü Bünyatov


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA