MƏN BU DÜNYANI NECƏ TƏRK EDİM?! (Tragi-komediya)
05-04-2024 [11:50]
Qalib ARİF
***
Mən 20-ci Sahədə, Sürücülük Məktəbinin yanında yaşayıram. Yerdən ikiotaqlı darısqal mənzildir, 4 baş ailə qışda soyuqdan donur, yayda istidən soluruq. Allahın suyu həftədə bir dəfə gəlir. Həyətin ancaq adı var, bir ayaqyolu güclə yerləşir. Ayaqyolunun yanında iki nəfərlik oturacaq da var, özüm düzəltmişəm. Bu oturacaqda oturmağı, xəyala dalmağı, atalı-analı günlərimi xatırlamağı sevirəm...
Şəhərin mərkəzində, “Monolit”də yaşayırdıq. Atam tanınmış neftçi idi, bu mənzil ona verilmişdi. Kişi 80-lərdə bacımın toyunu elədi və bu dünyaya əlvida dedi. Qeyd edim ki, mən atamın yolu ilə getmişəm, ixtisasca neftçi-mühəndisəm. Bakı ətrafında neft mədənlərinin birində mühəndis-geoloq işləyirdim. 90-larda müharibə başladı və məlum şüarda deyildiyi kimi, “Vətən çağırdı”...
Mən könüllü cəbhəyə getdim, Qazaxdan Kəlbəcərə kimi böyük döyüş yolu keçdim. Kəlbəcərdə ayağımdan ağır yaralandım, neçə aylar qospitalda qaldım. Anam daim yanımda qaldı, faktiki olaraq, məni sağaltdı. 6 aydan sonra ayağımı çəkə-çəkə evə qayıtdım. Amma əlillik statusu ala bilmədim, əlimə əsa aldım və “veteran” olaraq qaldım...
Anam da mənə vəfasızlıq etdi, məni öz qohumu ilə evləndirdi və atamın yanına getdi. Cəbhədən şikəst qayıtdığıma görə köhnə işimə də bərpa oluna bilmədim. İki körpə uşaq, yoldaşım da işləmirdi – təsəvvür edirsinizmi?! Birtəhər dolanmaq üçün “Monolit”dəki 3 otaqlı mənzili babat qiymətə satdıq və Əhmədlidə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı mənzil aldıq. 10 il atamın mənzilinin pullarını yedik, iki qızımız da 10 yaşına çatdı. Və yaxşı günün ömrü az olar deyirlər - pullar qurtardı. Qeyd edim ki, mən 10 il iş axtardım, amma tapmadım. Bəlkə atamın adını versəydim, bağlı qapılar açılardı, mənə babat bir iş tapılardı. Amma atamın adını çəkməyə, özümü bu vəziyyətdə göstərməyə utandım... Əlimdən hər iş gəlir, “Vosmoya” Qul bazarına gedirdim, arabir evə 5-3 “şirvan” gətirirdim. Amma ayağımdan ağrılar tutdu, min dollara kimi pul verdim, əməliyyat etdirdim, iş qabiliyyətini tamam itirdim...
90-ların axırlarında Əhmədlidə 1-ci mərtəbədə küçəyə baxan mənzillərin qiyməti qalxdı, imkanlılar alıb yerində obyekt tikirdilər. Biz də 3 otaqlı mənzilimizi satıb yeni Günəşlidə 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 2 otaqlı mənzil aldıq. Mən dediyim kimi, iş qabiliyyətini itirmişdim, əsa ilə çətin gəzirdim. Qızlar böyüyürdü, pulumuz qurtarırdı, repetitor yanına göndərə bilmirdik. Qızlar da orta məktəbi qurtardılar, evdə qaldılar. Kasıbın qızını kim alar?! Qərəz, yeni əsrin 1-ci onluğunu birtəhər yola saldıq, Yeni Günəşlidəki evimizi dəyər-dəyməzinə satdıq. Ucuz qiymətə ev axtzrışları bizi şəhərin o biri tərəfinə, 20-ci Sahəyə gətirdi. Artıq 2-ci onilliyi yola və 3-cü mənzilin pullarını yelə vermişik... Arabir bacım kömək edir, rayondan bizə sumka-zad göndərir...
İşləyə bilmirəm, pensiya yaşım da çatmayıb ki, pensiya alım, bəzən evdə dişə dəyəsi bir şey gözə dəymir... Arvadın, qızların üzünə baxa bilmirəm, bu fani dünyadan köçmək istəyirəm. Evimizdən bir az aralı Səlyan yolu keçir. Arabir əsa ilə bu yola qədər gedirəm, dənizin sahili uzaqdır - gedə bilmirəm. Bu yolda fikrimi həyata keçirmək, atamın-anamın yanına getmək istəyirdim. Səhər-səhər bu yolda maşın çox olur, işıqforlara baxmayaraq, sürətlə gedirlər. Mən də əsanı işıq dirəyinə dirəyib səbrlə dayandım, qarşıdan gələn qara maşının qabağına tullandım. Sürücü cavan adam idi, cəld tərpəndi, qarşı yola keçdi, qarşıdan gələn maşınla kəllə-kəlləyə gəldi. Səs-küy, aləm bir-birinə dəydi, elə bildim ki, dünyanın axırıdır. Əsamı əlimə aldım, aradan çıxdım. Axı, yuxarıda dedim ki, mən bir az utancaq adamam...
Mən yalnız utancaq deyiləm, həm də tərs adamam. Başıma bir fikir girdisə, çəkiclə da vurub çıxarmaq mümkün deyil. Əgər mən bu fani dünyadan getmək qərarına gəlmişəmsə, deməli getməliyəm. Səlyan yolunda faciə ilə nəticələnən yol qəzası məni yolumdan saxlaya bilmədi. Bizim 20-ci Sahə dairəsində bir “Zoomağaza” var, burda çox şey satılır. Əsamı əlimə aldım, yolumu bu mağazadan saldım, “siçan dərmanları”na baxdım. Qırmızı rəngli uzunsov paket diqqətimi cəlb etdi. Üstündə ingiliscə (danışmasam da, oxuyuram) yazılmışdı ki, bir buğda dənəsi bir siçanı öldürür. Paketdə yüzlərlə buğda dənəsi olardı, evdə “yarım” arağım da vardı. Hava isti olduğundan evdə adam yoxdu. Fürsətdən istifadə etdim, arağı elə butulka ilə başıma çəkdim. Hərəsi bir siçan öldürən qırmızı buğda dənələri ilə “zakuska” etdim, bütün paketi yedim, bütün arağı içdim. Məni yuxu tutdu, divana yıxıldım... Sonrası yadıma gəlmir...
Səhər yuxudan gec ayıldım, ürəyim bulanırdı. Qızlar mənə baxdı güldü, arvad da dedi ki, kişi yaman yatmısan, üz-gözün də şişib.
Nə isə... Bizim 20-ci Sahə dairəsində Ramazanın mağazası var, “1001 xırdavat” adlanır. Yolumu burdan saldım, bir yumaq ağ kəndir aldım. Evə qayıtdım, gözlədim, arvad-uşaq gedəndən sonra işə girişdim. Bizim evin qabağı qonşunun ikimərtəbəli imarətinin arxasına baxır. Bizim arvad deyir ki, bu, işığın, havanın qabağını kəsmək üçündür. Bilmirəm, biz bura köçəndə bu divar vardı, amma indi mənim işimə yaradı. Binanın 1 və 2-ci mərtəbələri arasında beton pltələr qoyulmuşdu, bəzi armaturlar biz tərəfə çıxmışdı. Evdən gətirdiyim kətilin üstünə çıxdım, kəndirin bir ucunu yuxarı atıb armaturlardan keçirdim, uclarını tutub düyünlədim, yerdən 2 metr arlı babat bir ilgək düzəltdim. İlgəyi boynuma keçirib “Kəlmeyi-şəhadətimi” dedim. Sonra stulu ayağımın altından itələdim...
Ayılanda gördüm arvad-uşaq başıma yığılıb, ağlaşırlar. Hələ qonşudan gələn, mərsiyə deyən arvadlar da var. Arvadların köməyi ilə dirsəklənib ayağa qalxdım, özümü ayaqyolunun yanındakı oturacağa saldım. Xəyala daldım... Bunların zəhərləri kimi, ipləri də çürükdür...
Adamı adam kimi yaşamağa, adam kimi ölməyə qoymurlar, heç olmasa imkan versinlər, ilan kimi sürünək, arabir qurbağadan-zaddan tutub yeyək...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi