Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-04-2024 [00:06]
Qoç - günün ilk yarısında tələskənliyə yol verməyin. Ünsiyyət çevrənizi süni şəkildə genişləndirməyin. Yeni obyektlər maraq oyada bilər. Aktiv olun, mənafelərinizin qulaqardına vurulmasına imkan verməyin.
Günün ikinci yarısında emosiyalara qapılmayın. İşlərinizin naminə layiq olmayan adamı tərifləməyn. Səfər və ya ezamiyyətə yollanmaq zərurəti yaranıbsa, yaxşı hazırlaşın. Axşam saatlarında normal istirahət edin.
Buğa - yaxın ətrafınızdakı insanların əhvalından hali olun. Münaqişələri tez çözməyə çalışın. Kollektiv fəaliyyətdə xeyir var. Yaradıcılıq planlarını nəzərdən keçirin. Bəzi niyyətlərin təftişə ehtiyacı var. Romantik hisslərə qapılmayın.
İş yerində qayda yaradın, nizama nail olun. İşlərin həddən artıq olması sizdə stress yaratmasın. Hisslərinizi cilovlaya bilməsəniz, bəzi işlər yarımçıq qala bilər.
Günün ikinci yarısında yüksək enerji potensialınızdan yararlanaraq irəliləməyə can atın. İstənilən şəraitdə maraqlarınızı təmin edin.
Əkizlər - yaşam arealınızın genişləndirilməyə ehtiyacı var. İmkanlar və şanslar artır. Uzaq səfər sizi rutinlikdən ayıra bilər. Yaşamınızdakı digər məqamlarla bağlı stimula ehtiyacınız var.
Günün ikinci yarısıda yaxınlarınız və qohumlarınızın fikirlərini, mövqelərini nəzərə alın. Potensialınızı reallaşdırmağın yeni, fərqli yollarını arayın.
Mühüm işlərdən birinin öhdəsindən gələ bilmədiyinizi anlasanız, bacardığınız işi tamamlamağa tələsin. Yaradıcılıq üçün obyekt arayın. Ruhdan düşməyin.
Xərçəng - yaxın ətrafınızdakı insanların dediklərinə diqqətlə qulaq asın, amma bildiyiniz kimi hərəkət edin. Sizi maraqlandıran məsələ ilə bağlı söhbəti başa vurun. Tərəfdaş və ya şərikin razılığını almadan birgə işə başlamaq mümkün deyil. Günün ikinci yarısında maraqlarla məqsədləri təftiş etmək olar.
Sizə təbəddülatlı təsir bağışlayan işlərdə tələsməyin. İntuisiyanız sizi aldatmayacaq. Ən mühüm işi seçib dürüst qərar qəbul edin. Maksimal uğur əldə edə biləcəyiniz sahələri müəyyənləşdirin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Şir - baş verənləri diqqətlə mşahidə edin. İnkişaf edən mövzunu dəqiqləşdirin, münaqişələrin qarşısını alın. Maraqlarınızın tam təminatı üçün yollar arayın. İmkanlarınız genişlənəcək. İşlərdə gecikmələrə və axsamalara yol verməyin. Şəxsi maraqlarla fəaliyyətinizin tələblərini uyğunlaşdırmağa çalşıın.
Günün ikinci yarısında aktiv olun. Hansısa iş alınmazsa, qapını çırpıb getməyin. Axşam saatları sizdən fəhm və şərtlərin sayıq dəyərləndirilməsini tələb edir. Mümkün qədər çox yeni informasiya əldə etməyə can atın. Gün faydalar vəd edir.
Qız - yaxın gələcəklə bağlı planlaşdırma və proqnozlaşdırma üçün pis gün deyil. Vurnuxmaya qatılmayın. Mövcud situasiyanın nüanslarını anlamaqda sizə yardımçı ola biləcək insanlarla təmaslarda xeyir var. Yeni ideyalar formalaşacaq.
Günün ikinci yarısında resurslarınzı dəqiq qiymətləndirin, az sonra baş verə biləcək hadisələrdən heç olmasa birini təxminləməyə cəhd göstərin. Gəlirləri artırmağın yollarını düşünün. Xırdalıqlara və detallara xüsusi fikir verin. Axşam saatlarında yaxınlarınızla söhbət əsnasında gələcəyi müzakirə edin. Problemlərin həll yollarını birlikdə arayın.
Tərəzi - günün ilk yarısı paradoks, ya da tam əksinə - hansısa sirrin cavabını, tapmacanın açmasını, xəbərdarlığı vəd edir. İntuisiyanızın səsinə qulaq asın. Yarımçıq işi mütləq şəkildə başa vurun. Harasa yollanmalısınızsa, yola çıxın. Dəyər verdiyiniz insanla münasibətlərdə fəaliyyət modelini dəyişmək olar.
Günün ikinci yarısında təfərrüatlarını tam müəyyənləşdirmədiyiniz yeniliyə başlamayın. Romantik hisslərdə sizə gərginlik vəd edən sədlər olacaq. Ailə həyatında qarşılıqlı anlaşma olduqca mühüm amildir. Övladınız varsa, ona vaxt ayırmağı unutmayın.
Əqrəb - hisslərlə emosiyaların qəfil "partlayışı" zamanıdır. Aldığınız informasiya, eşitdiyiniz sözlər təəccüb, stress yarada bilər. İşlərinizdə irəliləməyə, yeni zirvələr fəth etməyə çalışın.
Xoş gün olsa da, bilavasitə iştirakınızı tələb edən ailə və məişət qayğıları olacaq. Ailə üzvləri, yaxınlarınızla münasibətlərinizi gərginləşdirməyin. Əks təqdirdə səs-küylü mübahisə ola bilər. Axşam saatlarında qonaq getməyin. Vaxtınızı sakit ortamda keçirin.
Oxatan - kollektivin, yaxud da tərəfdaşların maraqlarını nəzərə alın. Hansısa iş dərhal alınmazsa, tələsməyin. Bir qədər durun, situasiyanı təhlil edin. Yeni şanslar və imkanlar yaranacaq. Çətinliklər, əsəblərin tarıma çəkilməsi də olacaq.
Günün ikinci yarısı diqqəti real işə cəmləməyə mane olan gərəksiz illüziyalarla vidalaşmaq üçün yaxşı zamandır. Yeni istiqamətdə ilk addımı atın. Tərəddüd etməyin, amma fəaliyyətin nə cür mənfəət vəd etdiyini də anlamağa çalışın. Axşam saatlarında şəxsi münasibətlərdə xoş anlar olacaq. Dostlarla vaxt keçirin, əylənin.
Oğlaq - gəlir mənbələrini artırmaq, yeni işlə məşğul olmaq üçün münasib zamandır. Amma bunun üçün emosiyaları unudaraq istənilən situasiyada liderliyi bacarmaq gərəkdir. Dəyər verdiyiniz, önəmli saydığınız əlaqələr və ya münasibətlərlə bağlı durum kəskinləşir. Ehtiyatlı olun, avantüralara qapılmayın.
Günün ikinci yarısında tələsməyin. Sağlam məntiq, hər şeyi ölçüb-biçmək bacarığı mümkün variantlar arasında ən yaxşısını seçməyə imkan verəcək. Peşəkar fəaliyyət müstəvisində formalaşan çətinlikləri aradan qaldırın. Gəlir şanslarını dəyərləndirin.
Dolça - macəra aramayın. Enerjinizi dürüst istiqamətə yönəldin, çətin situasiyada pərişan qalmayın. Bütün qapılar açıqdır. Amma tərəfdaş və ya şəriki yeni layihəyə cəlb etmək asan deyil. Arqumentlərdən yararlanın, təzyiqə, pressinqə əl atmayın. Şəxsi münasibətlərdə dramatik müzakirələr zamanıdır.
Günün ikinci yarısında heç bir səbəb olmadan mübahisə, münaqişə yaratmayın. Kompromisə meylli olun. İmkanlarınızı yeniləyə biləcək dəyişikliklərə fikir verin. Axşam saatları gərgin dövrdür. Yanlışlığa yol verərək travma, stress riskini artırmayın.
Balıqlar - qayğılar və problemlər çox olsa da, nəticələr sizi sevindirəcək. Çətin işlərin nizamlanmasında intuisiyanıza güvənə bilərsiniz. Mövcud problemlərin qəfil, orijinal həllərini tapın. Uzun müddət bir yerdə qalmayın, aktiv olun. Yazışma, informasiya axtarışı üçün münasib zamandır. Yaxşı məsləhət ala biləcəksiniz.
Günün ikinci yarısında nə qədər çox kiçik iş görsəniz, əhvalınız bir o qədər yaxşı olacaq. Hisslərin yenilənməsi, əyləncə və ya alış-veriş üçün xərclərin artması istisna deyil. Axşam saatlarında səhhətinizin qayğısına qalın.
Milli.Az
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi