Elm və təhsil naziri özünə daha bir müşavir götürüb - O, kimdir? (FOTO)

img

03-04-2024 [16:36]


Elm və təhsil naziri özünə daha bir müşavir götürüb.

Mia.az xəbər verir ki, nazir Emin Əmrullayev Azər Abizadəni bu vəzifəyə təyin edib.

Xatırladaq kii, Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Azər Abizadə 2012-ci ildən ADA Universitetində baş müəllim, 2017-ci ildən isə dosent olaraq çalışıb. İşlədiyi müddət ərzində oyunlar nəzəriyyəsi ilə bağlı bir çox nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. ADA Universitetinin “İlin ən uğurlu müəllimi və alimi” mükafatını alan ilk müəllimidir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR