Uzun illərdən sonra üstü açılmış 3 xüsusilə ağır cinayətin istintaqı yekunlaşıb
03-04-2024 [15:31]
Xəbər verildiyi kimi, 1998-ci il il fevralın 7-də Qərib İbadova naməlum şəxs tərəfindən odlu silahdan atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də Ramiz Nadirovun naməlum şəxs tərəfindən tapançadan açılan atəşlər nəticəsində qəsdən öldürülməsi, 2001-ci il dekabrın 6-da isə həmin cinayətlərin icraçısı olmuş Dadaş Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktları üzrə başlanmış cinayət işlərinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, ibtidai istintaqla 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun (sifarişçi) sifarişlə pul müqabilində 2 nəfər şəxsin qəsdən öldürülməsini təşkil etməsi, onun sürücü-mühafizəçisi işləmiş Qulu Muxtarovun isə bir qrup şəxs tərəfindən, başqa cinayəti gizlətməklə əlaqədar və təkrar adam öldürməsi, habelə başqa şəxsi qeyd olunan əməllərin törədilməsinə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, istintaqın gedişində toplanmış sübutlara əsasən, Vahid Haşımov pul müqabilində tanışı Qərib İbadovun öldürülməsini Ramiz Nadirova sifariş vermiş, sonuncu sifarişi icra etməkdən imtina etdiyi üçün Vahid Haşımov onların hər ikisinin öldürülməsini sürücü-mühafizəçisi Qulu Muxtarova həvalə edib.
Bundan sonra, Qulu Muxtarov müdiri Vahid Haşımovdan aldığı pulların müqabilində tanışı Dadaş Hüseynovu sifarişləri icra etməyə razı salmış və sonuncu müxtəlif vaxtlarda silahdan atəş açaraq Ramiz Nadirovu qəsdən öldürüb, Qərib İbadovu isə qəsdən öldürməyə cəhd edib.
Həmçinin istintaqa Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Vahid Haşımov (sifarişçi) və Qulu Muxtarov (icraçı) iş üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmuş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb, ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun müavini tərəfindən təsdiq edilərək baxılmasından ötrü aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi