Elşad Abdullayev Moskvadakı mülklərini satışa çıxardı

img

25-06-2014 [12:47]


Fəaliyyəti dayandırılmış qalmaqallı Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub.

Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyaa görə, bir zamanlar özünün gizli videoçəkilişləri, montajları ilə bir çox məmurlara, tanınmış simalara problemlər yaratmağa müvəffəq olan keçmiş ABU rektoru Rusiyadakı mülklərini satışa çıxarmaq qərarını verib.

Bu qərarın nə ilə əlaqədar olduğunu bilməyən mənbəmiz dia.az-a açıqlamasında ehtimal edir ki, rəsmi Bakının Kremlə əlaqələrinin yaxşılaşdığı bir ərəfədə Elşad Abdullayevin belə bir qərarı verməsi onun ehtiyatlanması ilə əlaqədar ola bilər. Yəni Elşad Abdullayev düşünüb ki, onun Rusiyadakı əmlakı təhlükə altına düşə bilər.

Keçmiş ABU rektoru Moskvadakı daşınmaz əmlakını satışa çıxardı

Artıq Elşad Abdullayev bir zamanlar ABU-nun Moskva filialının yerləşdiyi binanı satışa çıxarıb. Qeyd edək ki, Moskvanın Odinsovski rayonunun Marfino küçəsi-25 a-l küçəsində yerləşən başı qalmaqallı ABU-nun Moskva filialının binası Elşad Abdullayevin şəxsi mülkü hesab olunur.

Mənbəmiz iddia edir ki, bundan əlavə, keçmiş rektor Moskvanın ayrı-ayrı yerlərində iki yaşayış evini də satışa çıxarıb və bu satışın baş tutması üçün qohumlarına göstəriş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA