Bakıda kirayədən küçəyə atılan professor üçün yardım kampaniyası başlayıb - 40 min manat yığılıb

img

02-04-2024 [18:01]


Bakıda Yasamal rayonunda kirayə yaşadığı evdən küçəyə atılan professor Fazil Qaraoğlu üçün 40 min manata yaxın yardım toplanıb.

Mia.az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu açıqlama verib: “Bu vaxta qədər 37962 manat məbləğində vəsait yığılıb. İanələr davam edir. Yardım etmək istəyənlər hələ çoxdur. Fazil bəy Yeni Yasamalda sosial binalarda (MİDA) 3 otaqlı mənzilə yerləşdirilib. Bu gün yır-yığış işləri gedir, narahat etmək istəmədim. Sabah baş çəkib sizə əlavə məlumat verəcəm”.

Qeyd edək ki, Heydər Əliyev Fondu alimin bir illik kirayə haqqını öz üzərinə götürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR