“Bir şapalaqlıq canı yoxdur, mənə 13 min ziyan vurub” - Kamil Zeynalı ilə şirkət rəhbəri məhkəmədə mübahisə elədi
01-04-2024 [17:38]
Vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Emil Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Mia.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılan iş üzrə hazırki mərhələdə zərərçəkmiş şəxslər dindirilir. Onlara dəymiş ziyan ümumilikdə 300 min manatdır.
“Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin “qurbanlarından” biri də fitnes məşqçisi Kamil Zeynallıdır. İttihamda deyilir ki, Kamil Şamaxıda üçbucaq formasında taxta ev tikmək məqsədilə Emil Ağayevə 20 min manat pul verib. Lakin tikinti yarımçıq qalıb. Şirkətin cavabdeh şəxsi E.Ağayev bu iş davam edərkən, eyni zamanda daha bir neçə nəfərə eyni məzmunlu vəd verərək onları aldadıb.
Kamilin və digər zərərçəkmişlərin şikayəti əsasında E.Ağayev həbs edilib. Bu gün keçirilən prosesdə Kamil Zeynallı özü ifadə verib. İdmançı istintaqda dediklərini məhkəmədə təsdiq edib.
Prosesin gedişində Kamillə müttəhim arasında mübahisə olub. Təqsirləndirilən şəxs Kamili tanıdıqdan sonra biznesinin çökdüyünü, həmçinin onun digər zərərçəkmişləri öyrətdiyini deyərək, idmançını şoumen adlandırıb.
“Bunun bir şapalaqlıq canı yoxdur, yalan danışır. Camaatı aldadıb, pulunu ələ keçirib. 20 min vermişdim, cəmi 7 minlik iş görüb. Mənə 13 min manat ziyan dəyib. Şikayətçiyəm”, - Kamil cavab verib.
Qeyd edək ki, cinayət işi üzrə ümumilikdə 8 nəfər zərərçəkmiş qismində tanınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi