“Qadınlar"dan ibarət olan “troll fabriki”ni nazirliklə nə bağlayır? – FOTOFAKTLAR
30-03-2024 [10:00]
27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub.
Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.
Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb.
Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda sonuncu sırada olmasına haqq qazandırmğa cəhd ediblər.

Paylaşıma rəy yazan istifadəçilərlə bağlı diqqət çəkən bir sıra məqamlar var:
– Rəy yazan istifadəçilərin hamısı qadın ad-soyadından istifadə edir.
– İstifadəçilərin heç birinin real profil fotosu mövcud deyil.
– İstifadəçilərin iş yerləri ilə bağlı qeydləri saxtadır. Məsələn, “Gunay Ibraqimova” adlı istifadəçi iş yeri olaraq “Yelo Bank”ı göstərib.
Lakin, “Yelo Bank”dan Yeniavaz.com-a verilən məlumatda onların belə bir işçisinin olmadığı bildirilib.

– İstifadəçilərin hamısı yazdıqları rəylərdə oxşar orfoqrafiq səhvlərə yol verirlər.
– Sosial şəbəkə hesablarındakı paylaşımlarda oxşarlıqlar var. Adətən müxtəlif yeməklər, güllər, arxadan çəkilən qadın fotoları və s. paylaşırlar.
– Bu istifadəçilər sosial şəbəkələrdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid olan paylaşımlara rəy yazırlar. Həmin istifadəçilərdən istənilən birinin ad-soyadını “Facebook”un axtarış bölməsinə yazdıqda bu fakt ortaya çıxır.
– Bu istifadəçilərin əksəriyyəti ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsini bəyənirlər.

– Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin paylaşdığı bir məlumatı bu istifadəçilərdən bəziləri eyni anda paylaşıblar.

Məlumat üçün onu da bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan “Troll fabriki” necə işləyir?” adlı məqalədə kimlərin “troll” hesab oluna biləcəyi qeyd olunur. Həmin məqalədə “trolları” müəyyən edən bəzi əlamətlər göstərilib. Həmin əlamətlərin bəziləri bizim yuxarıda haqqında bəhs etdiyimiz istifadəçilərin əlamətləri ilə üst-üstə düşür.
Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan həmin məqalədə, həmçinin qeyd olunur ki, “trollar”ın fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır: “Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır. Belə halların qarşısının alınması üçün sosial şəbəkələrdə sözügedən saxta “troll” hesabları haqqında saytlar və ya sosial şəbəkə rəhbərlərinə təcili qaydada məsələ ilə bağlı şikayətlə müraciət etmək məqsədəuyğundur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi