Bakıda çörək zavodu çökdü - Foto

img

24-06-2014 [23:40]


Bakıda, Bakıxanov qəsəbəsi ərazisində torpaq çöküb.

MİA milli.az-a istinadən xəbər verir ki, hadisə qəsəbədə yerləşən çörək zavodunun ərazisində baş verib.

Torpağın çökməsi nəticəsində zavodun girişində yerləşən təxminən 40 kvadrat metr sahəsi olan tikili də uçub və yarıya qədər torpağa girib.

İlkin ehtimala görə, hadisəyə səbəb su sızması olub. Belə ki, həmin ərazidən keçən boruda yaranan axıntı nəticəsində torpaq aşınıb və sonucda bu hadisə baş verib.

Hadisə yerində hazırda "Azərsu"nun əməkdaşları işləyirlər.

Yaxınlıqdakı binaların su təchizatı dayandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl sözügedən zavodun direktoru elə həmin ərazidə, müəssisənin girişinin yaxınlığında çadır qurduraraq oğluna təmtəraqlı toy etmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA