24-06-2014 [23:36]
Reyd gecə saat 3-ə qədər davam edib. Avtosfer.az-ın əməkdaşı da reyddə iştirak edib. Reyd zamanı maraqlı hadisələr baş verib. Yol polisinə, reyddə çəkiliş aparan jurnalistlərə hücum edən sürücülərə də rast gəlinib. Qayda pozub saxlanıldığı üçün əsəbini media nümayəndələrinin üstünə tökməyə çalışanları polislər sakitləşdirib. Onların avtomobilləri isə cərimə meydançasına aparılıb. Bakının bütün küçə və prospektlərinə keçirilən reyddə başlıca məqsəd yol hərəkəti qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş halda, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçənləri aşkarlayıb məsuliyyətə cəlb etmək idi. Reyd zamanı ən çox aşkar olunan qayda pozuntusu avtoxuliqanlıq və sərxoş halda avtomobili darə etmək halları oldu. Bəzən belə fikirlər səslənir ki, yol polisləri bahalı avtomobilləri və bahalı nömrəsi olanları saxlamır. Lakin budəfəki reyddə daha çox bu tipli avtomobillər saxlanıldı. Məsələn, 10-EJ-10 dövlət nömrə nişanlı «Mersedes» tünd pərdələrdən istifadə etdiyi üçün saxlanılıb cərimə meydançasına aparıldı. Həmçinin, təhlükəsizlik kəməri taxmayan, avtomobilində qadağan olunmuş səs siqnalının olduğu ehtimal edilən 10 ZT 010 nömrə nişanlı «Porcrhe» markalı avtomobilin sürücüsü də saxlanıldı və protokol tərtib olundu. Bundan başqa, daha bir «Porche» markalı, 10 OR 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü konstruksiya dəyişiklikliyi və xorultulu səs çıxaran qurğu quraşdırmaqda təqsirli bilindiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparıldı. «İnfiniti» markalı, 90 VV 828 dövlət nömrə nişanlı avtomobildə isə xorultulu səs çıxaran qurğular aşkar olundu. Həmçinin, avtomobilin sürücüsü polisə müqavimət göstərərək heç bir sənəd təqdim etmədiyi üçün maşın cərimə meydançasına qoyuldu. 10 PU 075 dövlət nömrə nişanlı «Niva»da isə konstruksiya dəyişikliyi aşkarlanmaqla yanaşı, onun avtoxuliqanlıq əməli də üzə çıxdığı üçün cərimə meydançasına aparıldı. «Hundai» markalı, K QY-110 nömrə nişanlı avtomobili idarə edən xanım sürücünün heç bir sənədi yox idi. Araşdırma zamanı məlum oldu ki, bu nömrə də həmin avtomobilə aid deyil. Lakin xanım sürücü polisə tabesizlik göstərərək heç bir sənəd təqdim etmədiyi üçün avtomobil cərimə meydançasına gedəsi oldu.
Reyd zamanı polisə müqavimət göstərənlər, tabe olmayıb qaçanlar da oldu. Məsələn, 90 GR 404 dövlət nömrə nişanlı «Mitsubishi-Pajero» markalı avtomobil təhlükəli manevrlər etməklə «avtoş»luq edərkən yol polisləri tərəfindən aşkarlanıb. Lakin o, polisin «saxla» əmrinə tabe olmaq əvəzinə maşının DYP maşınının üstünə sürüb. Polis maşınını sürtüb hadisə yerindən qaçan sürücü az sonra Xətai rayonu ərazisində yaşayış binalarının arasında gizlənsə də, DYP əməkdaşları onu axtarıb tapacaqlarına əmin idilər. Yasamal rayonunda qəza törədib hadisə yerindən qaçan «VAZ-21011» markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə tapılsa da, avtomobili gizlətmişdi. Lakin maşını tapmaq DYP əməkdaşları üçün o qədər də çətin olmadı. Müşahidə kameralarının köməyi ilə avtomobil tapılıb cərimə meydançasına qoyuldu.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib ki, keçirilən reyd zamanı sərxoş vəziyyətdə avtomobili idarə edən 40 sürücü, 4 avtoxuliqan, polisin qanuni tələbini yerinə yetirməməyə cəhd göstərən 8, avtomobilində konstruksiya dəyişikliyi edən 11, yüksək səs boğucu quraşdıran 12, yüksək tonlu və çoxavazlı səs siqnalı olan 6, avtomobili sənədsiz idarə edən 14, təyin edilmiş cərimə məbləğini vaxtında ödəməyən 30-a yaxın sürücü barədə inzibati protokol tərtib edilib. V.Əsədov bildirib ki, reyd zamanı xanım sürücülər də tabesizlik nümayiş etdiriblər. Onların da inzibati protokollar tərtib edilib.
Reyd zamanı 4 sürücü qaçmağa müvəffəq olub ki, həmin sürücülərin tapılması istiqamətində işlər aparılır. Polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən, sərxoş vəziyyətdə olan sürücünün qaçmasına kömək etmək istəyən "Priora" markalı avtomobilinin sürücüsü isə polisə güc tətbiq edib. Bakı yol polisi sürücüləri bir daha intizamlı olmağa və yol qaydalarına əməl etməyə çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi