"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
29-03-2024 [12:36]
“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicisi kimi 230 manata satılmağa başladı. Üç dəfə baha... Birinci dərmanın taleyi nə oldu? Artıq Azərbaycana çatdırılmır. Bununla əlaqədar tapşırıq verdim, təxminən, 30-40 aptekə baxıldı. Hamısında eyni sözü dedilər, ““Synjardy” yoxdur, əvəzedicisi var, birə-birdir...” Həkimlərlə də məsləhətləşdim. Dedilər ki, bəli, əvəzedicini istifadə etmək olar. Bəs qiyməti niyə bu qədər bahadır? Həkimlər dedilər ki, bunu biz bilmirik, dərman ticarəti ilə məşğul olanlar bilər. Məsələnin izinə düşdüm. Niyə qeyri-insani, qeyri-müsəlmani addım atılır. Dedim, bəlkə, zavod partlayıb, birinci dərman istehsal olunmur, yaxud nəsə faciəvi bir şey olub. İki ildir, sözügedən dərman Azərbaycana gəlirdisə, indi gəlmirsə, burada ağlabatan səbəb olmalı idi. Səhiyyə sektorundan bu işi bilən biri ilə məsləhətləşdim. Təxminən, bir gün sonra mənə xəbər verdi ki, bu dərmanlar Tarif Şurasından keçməyib. Yəni Şuranın siyahısına düşməyib, ölkəyə şirkətlər tərəfindən gətirilib. Onlar da müstəqil formada qərar verirlər...”
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
“Yenidən bir neçə ekspertdən soruşdum. Cavab verdilər ki, dərmanların qiyməti arasında bu qədər fərq ola bilməz. Hətta "Synjardy"nin istehsalçısı çox məşhur bir şirkətdir. İnterdən kifayət qədər məlumat əldə edə bilərsiniz. Sadəcə, bu, çox köhnə fırıldaqdır. Bir dərmanı ölkədə mənimsədirlər, insanlar hiss edirlər ki, bu dərman onlara yaxşı təsir edir, həkimlər də bəyənirlər, çünki həqiqətən keyfiyyətli dərmandır. Sonra fırıldaq nəticəsində tərkibi eyni olan və başqa zavodun istehsal etdiyi digər dərman ölkəyə gətirilir. Qiyməti isə iki-üç dəfə artırılır. İnsanlar da məcbur qalıb 73 manatlıq dərmanın əvəzinə 230 manatlıq dərmanı alırlar. Bu, birinci hal deyil. Hamının yadındadır ki, təxminən, üç il əvvəl başqa bir dərmanla bağlı çıxışlar etdim. Onda da 1 qramlıq ampulaların əvəzinə 0,5 ml ampula eyni qiymətə satılırdı. Həmin çıxışımdan sonra əməlli başlı problemlər yarandı. Mənə müraciətlər oldu, söz verildi ki, dərman 1 qramlıq ampula ilə Azərbaycana çatdırılacaq. Bu günə qədər də çatdırılır, həmin qiymətə satılır... Artıq məndə suallar yaranır. Yenə də deyirəm, iki dərman da keyfiyyətlidir. Amma 3 dəfə baha? Bu, böyük sual işarəsidir. Bu işdə marağı olan müəyyən “tüccarlar”, onlara kömək edən məmurlar var. Təsəvvür edin, bir xəstə ayda iki qutu əvəzedici alsa, deməli, 460 manat pulu verməlidir. Bayramdan əvvəl bununla bağlı komitə iclasında da çıxış etdim, dərmanların adını da çəkdim. İstəyirəm ki, məsələni ictimaiyyət də bilsin. Bundan sonra isə suallarım rəsmi formada dövlət qurumlarına olacaq. Siz buna necə nəzarət edirsiniz? Münasibətiniz nədir? Belə başa düşdüm ki, həmin dərmanlar ölkəmizə dövlət xətti ilə gəlmir. Bəs necə gəlib? Bunun qiymətini kim müəyyənləşdirir? Kim icazə verir ki, bu qiymətə dərman satılsın?”.
Mia.az xəbər verir ki, Milli Məclisin iki deputatı - Kamal Qafarovla Cavanşir Feyziyev dərman alveri ilə məşğul olurlar. Maraqlıdır, görəsən, onlar həmkarlarının bu iradına necə yanaşır?
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi