Hikmət Hacıyev: "Bu, bizim güclü və qəti iradəmizi göstərir" - MÜSAHİBƏ (VİDEO)
29-03-2024 [00:14]
"Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daşımalarda Avrasiya üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata keçirir".
Mia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində səsləndirib.
"Dəniz ticarət limanlarının genişləndirilməsi, istehsal edilən gəmilərin sayının artırılması, dəmir yollarının modernləşdirilməsi istiqamətində görülən işlər, dəniz və quru yükdaşımalarının həcminin davamlı artması ilə Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir", - H.Hacıyev deyib.
Azərbaycanın Çin Xalq Respublikasının Sədri Si Cinpin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təşviq edib və bunun sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnib.
“Biz bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirə biləcək əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir”, - H.Hacıyev qeyd edib.
Bu yaxınlarda Çinin Sian şəhərindən gələn qatarın Qazaxıstandan və Xəzər dənizindən keçərək Azərbaycana cəmi 11 günə çatmasına toxunan Prezident köməkçisi vurğulayıb ki, nəqliyyat nöqteyi-nəzərindən bu marşrut çox vacib, rəqabətədavamlı və mümkün olduğunu bir daha sübut edib: "Eyni zamanda, bu marşrut təhlükəsiz və etibarlıdır. Biz bu ticarət yolunun səmərəliliyini və rəqabət qabiliyyətini daha da artırmaq üçün çinli dostlarımızla çox çalışırıq".
Diqqətə çatdırılıb ki, Azərbaycan, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini artırmaq istiqamətində səy göstərir: "Çünki mallar təkcə Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə daşınır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər".
Vurğulanıb ki, Azərbaycan Şərq-Qərb marşrutu ilə yanaşı, Şimal-Cənub marşrutunu da inkişaf etdirir. Bütün bunlara görə Azərbaycan Avrasiya qitəsində nəqliyyat və logistika mərkəzi hesab olunur.
Son illər Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına diqqət yetirdiyini və iqtisadi şaxələnməyə nail olmağa çalışdığını qeyd edən H.Hacıyev ölkəmizdə yaradılan günəş elektrik stansiyalarına diqqət çəkib. Bildirib ki, bu, Çinlə Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıqda mühüm mərhələdir.
Müsahibədə bu il Azərbaycanda keçiriləcək COP29-a da toxunulub, ötən konfransda irəliləyiş əldə olunmayan iqlimin maliyyələşdirilməsi məsələsinin Bakı konfransında əsas mövzuya çevriləcəyi qeyd edilib.
Eyni zamanda, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi bildirilib. Qeyd olunub ki, Çinlə də Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcuddur, Çin şirkətləri neft və təbii qaz layihələrində iştirak edirlər. Vurğulanıb ki, yaşıl keçid Azərbaycan üçün prioritet sahəyə çevrildiyinə görə Çin şirkətləri ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində yaxşı tərəfdaşdırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanda Çinin qlobal yaşıl transformasiya sahəsində liderlik etdiyini görməkdən çox şaddırlar. Həmçinin Çin yaşıl keçidin mümkünlüyün faktiki olaraq sübut edib.
“Yaşıl enerjiyə keçid bizim prioritetlərimizdən biridir. Biz COP29 və ondan sonrakı mərhələdə çinli dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik”, - deyə Hikmət Hacıyev əlavə edib.
COP29-un Azərbaycanın qazıntı yanacağına sahib olan ölkə kimi qətiyyətini, eyni zamanda, diplomatik və siyasi cəsarətini nümayiş etdirdiyini söyləyən Prezidentin köməkçisi qeyd edib: “Bu, həmçinin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə yanaşı, həm də yaşıl enerjinin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazırıq”.
Müsahibədə, həmçinin Çinin və Azərbaycanın beynəlxalq aləmdə həmişə sıx əməkdaşlıq etdikləri, çoxtərəfliliyi qətiyyətlə dəstəklədikləri və inkişaf etməkdə olan ölkələrin maraqlarını qoruduqları diqqətə çatdırılıb.
Sonda Çin-ABŞ münasibətlərinə toxunulub, rəsmi Pekinə qarşı ədalətsiz rəqabətin qloballaşmaya və dünya vətəndaşlarının rifahına kömək etmədiyi vurğulanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi