XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"

img

29-03-2024 [00:15]


İtaliyanın xarici işlər naziri Antonio Tajani martın 22-də Moskvada 143 nəfərin ölümü ilə nəticələnən dəhşətli terrora münasibət bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın SKYTG24 kanalında müsahibə verən XİN başçısı bu hadisədə Rusiya kəşfiyyatını da qüsurlu sayıb: "Rusiya prezidenti Vladimir Putin çoxlu itkiyə səbəb olan terror hücumundan çox ağır zərbə aldı. Rusiya kəşfiyyatı xidmətinin bu hadisənn önlənməsi istiqamətundə qüsuru var. Çünki bu cür hadisə orada gözlənilirdi. Üstəlik, Rusiyaya xəbərdarlıq da olunmuşdu. İndisə Putin digər cəbhələrə hücum edərək bu qüsuru gizlətməyə çalışır. Aydındır ki, Ukraynanın, rəsmi Kiyevin bununla heç bir əlaqəsi yoxdur. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko da təsdiqlədi..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR